Orfoqrafiya Qaydaları haqqında obyektiv qərarlar qəbul ediləcək
Tarix: 25.07.2018 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


İsa Həbibbəyli |

AMAE-nın vitse-prezidenti, Orfoqrafiya Komissiyasının sədr müavini

Orfoqrafiya qaydalarına aid müzakirələr 2017-ci ilin dekabr ayından 2018-ci ilin aprel ayının sonlarınadək davam etdirilib. Müzakirələrdə 300 nəfərdən çox Azərbaycan vətəndaşı iştirak edib. Müzakirələrdə iştirak edənlərin içərisində kənd müəllimindən jurnalistlərimizə, yazıçılara və elm adamlarına, sosial şəbəkələrin nümayəndələrinə qədər cəmiyyətin ən müxtəlif təbəqələri təmsil olunub. Nəinki müstəqillik illərində, heç keçmiş sovet hakimiyyəti illərində də Orfoqrafiya qaydaları qədər geniş, ardıcıl və uzunmüddətli müzakirələr olmayıb. Orfoqrafiya qaydalarında hansı maddənin qəbul olunub-olunmayacağından asılı olmayaraq, necə deyərlər bu müzakirələr ümumilikdə dilçilik elmini, ictimai və humanitar elmlərin digər sahələrini ciddi surətdə silkələyib. Bu, bütövlükdə Azərbaycan elmi üçün yeni və faydalı olan Orfoqrafiya qaydalarının hansı səviyyədə cəmiyyətimiz üçün faydalı olduğunu nəzərəçarpdıran mühüm addım olmuşdur.
Nəsimi adına Dilçilik İnstitutunda yaradılmış mütəxəssislərdən ibarət İşçi qrupu may-iyun ayları ərzində dövri mətbuatda çap olunan məqalələrdə və sosial şəbəkələrdə yaımlanan informasiyalarda, habelə Komissiyaya yazılı və şifahi şəkildə daxil olan məlumatlarda öz əksini tapmış yüzlərlə münasibət bildirilən rəyləri sistemləşdirmiş, hər maddə üzrə “hə” və “yox” cavablarının statistikasını müəyyən etmiş, onları təsdiqləyəcək qaynaqları göstərən siyahı tərtib etmişdir. Bu, olduqca çətin və əhəmiyyətli olan yekun sənədlərini hazırlamaq üçün İşçi qrupunun apardığı dəqiq və əhəmiyyətli işi yüksək qiymətləndirirəm. Lakin İşçi qrupu qərar qəbul edəcək bir qurum olmadığı üçün hazırlanmış sənədləri qaydaya uyğun surətdə Orfoqrafiya Komissiyasına təqdim etmişdir. Yay tətili dövründə Orfioqrafiya Komissiyasının üzvlərinin bir çoxunun məzuniyyətdə olduğuna görə Komissiya iclası sentyabr ayında keçirməyi nəzərdə tutmuşdur. İnanıram ki, komissiyanın üzvləri olan ölkəmizin nüfuzlu dilçi alimləri və mütəxəssisləri yeni Orfoqrafiya Qaydaları haqqında obyektiv qərarlar qəbul edəcəklər. Fikrimcə, 4 aydan çox davam edən müzakirələr zamanı bütün maddələr üzrə kifayət qədər geniş diskussiya aparılmış, fərqli fikir və mülahizələr irəli sürülmüşdür. Əldə olunan zəngin material yekun qərarlar qəbul etməyə əsas verir.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info