Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb
Tarix: 25.07.2018 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard ABŞ dollarına yaxın investisiya yatırıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada səfərdədir. Səfər çərçivəsində iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Komissiyanın həmsədri Maksim Oreşkinlə görüşüb. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Şahin Mustafayev dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiklərini, ölkələrimiz arasında əlaqələrin strateji səviyyədə olduğunu və iqtisadi-ticarət sahəsi də daxil olmaqla bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 22 faiz artıb. Ticarət əlaqələrinin artım dinamikası 2018-ci ilin I yarımilliyində də davam edib və bu dövrdə ölkələrimiz arasında ticarət dövriyyəsi 20 faizədək artıb. Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradılıb. "Made in Azerbaijan" brendinin təşviqi, ixracın genişləndirilməsi məqsədilə Rusiyaya ixrac missiyaları təşkil edilib, Azərbaycan şirkətləri bu ölkədə keçirilmiş sərgilərdə vahid ölkə stendi ilə təmsil olunub. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard ABŞ dollarına yaxın investisiya yatırıb. 2017-ci ildə Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətli addımdır.
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Komissiyanın həmsədri Maksim Oreşkin Azərbaycan və Rusiya prezidentlərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verdiklərini, iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün yüksək potensialı vurğulayaraq, iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirib.
Görüşdə kənd təsərrüfatı, maliyyə, vergi, gömrük, turizm, humanitar, o cümlədən təhsil, idman və s. sahələrdə əlaqələrin inkişafı, biznes əməkdaşlığının genişləndirilməsi, müxtəlif sahələrdə birgə müəssisələrin təşkili, Rusiyada Azərbaycan ticarət evlərinin və logistik mərkəzlərin yaradılması, şərabçılıq məhsullarının ixracının artırılması, nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi, “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
İkitərəfli görüşdə, həmçinin müqavilə-hüquq bazasına, bu ilin sentyabrında keçirilməsi nəzərdə tutulan Azərbaycan-Rusiya Regionlararası Forumuna və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Fransız heykəltəraş Mauro Kordanın sərgisi
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info