Azərbaycan İlahiyyat İnstitutunu seçməyin üstünlükləri
Tarix: 25.07.2018 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişafı və dini fəaliyyət sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının təmini məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübə əsasında qurulmuş yeni institutdur.
Aİİ-də tədris prosesi xaricdə təhsil almış yüksək ixtisaslı kadrlar tərəfindən təşkil edilir. İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, xristianlıq, yəhudilik, hinduizm, buddizm və digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin, dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və s. sosial və humanitar elmlər də tədris olunacaq.
Aİİ-də tələbələr ingilis, ərəb, klassik ibrani, sanskrit, klassik yunan, latın, rus və fars dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdir. Bütün xarici dillər professional mütəxəssislər tərəfindən müasir metodlar əsasında – 4 dil bacarığının (oxuma, dinləmə, danışma, yazma) inkişafı istiqamətində tədris ediləcək.
Bununla yanaşı, Aİİ tələbələrinə beynəlxalq mübadilə proqramları (Erasmus, Mevlana və s.) vasitəsilə Avropa, Amerika, Şərq ölkələrində təhsil almaq və yüksək qiymətlərlə məzun olan bakalavrların ixtisasları üzrə magistratura və doktorantura təhsilini dövlət xətti ilə xarici ölkələrdə davam etdirmə imkanı yaradacaq.
Aİİ, şərq incəsənəti və musiqisinin xəttatlıq, əbru, təzhib, musiqi kimi sahələrinə aid müxtəlif kurslar təşkil ediləcək.
Tələbələr din, tarix, fəlsəfə, dil, ədəbiyyat və digər elmlərə dair Azərbaycan, ərəb, türk, ingilis, fars və rus dillərində 12 mindən çox kitabdan istifadə etmək imkanına sahibdir. Kitabxanada kompyuterlərlə təchiz edilmiş geniş oxu zalı və dərslik tələbatını maksimum təminatı üçün açıq rəf sistemi vardır.
Aİİ-də təqdim olunan təhsil imkanları ödənişsizdir və dövlət sifarişi əsasında həyata keçirilir. Tələb olunan qəbul balı III ixtisas qrupunda minimum 200 baldır. Qəbul planı üzrə islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə 25 yer ayrılmışdır.
Aİİ, tələbələrə hər iki ixtisas üzrə dövlət qulluqçusu yaxud din xadimi, tədqiqatçı və pedaqoq sahələrində karyera qurmaq imkanı yaradır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info