DSX, DGK, DMX və ASAN xidmətin rəhbərliyi sərhəd zastavasında olub
Tarix: 25.07.2018 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev DSX-nin sərhəd qoşunlarının “Şəki” sərhəd dəstəsinin “Laza” sərhəd zastavasına səfər ediblər.
 
DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, səfər zamanı Dövlət Sərhəd Xidmətinin və ASAN Xidmətin birgə təşkilatçılığı ilə 100 nəfər ASAN könüllüsü üçün təşkil olunmuş “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları ilə görüş keçirilib, “Laza” sərhəd zastavasında sərhədçilərin xidmət və yaşayış şəraiti ilə tanış olunub.
 
Görüşdə gənclərin hərbi-vətənpərvərlik, Azərbaycan dövlətçiliyinə sədaqət və Vətənə məhəbbət ruhunda tərbiyəsinin mühüm əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunmuş, bu cür layihələrin miqyasının daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
 
Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında ölkəmizin hərbi qüdrətinin yüksəldilməsi istiqamətində görülən işlər sayəsində torpaqlarımızın ən yaxın müddətdə işğaldan azad ediləcəyinə əminlik ifadə olunub, fəaliyyət sahəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının dövlətçilik naminə çalışmasının böyük əhəmiyyət kəsb etməsi vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info