Ələt Şərq vaqon deposunda təmir işləri həyata keçiriləcək
Tarix: 25.07.2018 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Ələt Şərq vaqon deposunda təmir işləri həyata keçiriləcək. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “ADY Express” MMC-nin tərkibində fəaliyyət göstərən Ələt Şərq vaqon deposuna baxış keçirib, burada aparılacaq təmir-bərpa işləri ilə maraqlanıb.
QSC sədrinə Ələt Şərq deposunda vaqonların təmiri prosesi, təmir sexlərinin hazırki durumu haqqında məruzə edilib, nəzərdə tutulan işlər haqqında, yaradılacaq şərait və iş prosesi barədə məlumat verilib. Bildirilib ki, deponun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə, müəssisədə yeni avadanlıqların quraşdırılması, sexlərin təmiri, daxili dəmir yollarının yenilənməsi və genişləndirilməsi, əməkdaşların məişət şəraitinin yaxşılaşdırılması və ərazinin abadlaşdırılması nəzərdə tutulub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Ələt Şərq vaqon deposunun təmir-bərpası və yenilənməsi istiqamətində görüləcək işlərlə bağlı tapşırıqlarını verib.
Qeyd edək ki, Ələt Şərq vaqon deposu 2018-ci ilə aprel ayından “ADY Express” MMC-nin tərkibinə daxil edilib və elə həmin gündən burada yenilənmə prosesinə start verilib. Paralel olaraq texnoloji proses, vaqonların təmiri işləri davam etdirilir. Bununla da “ADY Express” şirkətinin göstərdiyi xidmətlərin sırasına vaqon təmiri xidməti də daxil edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info