“İrandan neft-qaz almasaq, ölkəmizi kim isidəcək?“
Tarix: 25.07.2018 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


“ABŞ necə ki, bizim strateji model ortağımızdırsa, dünyada digər ortaqlarımız da var. Onlarla əlaqələri kəsmək bizim ölkələr arasındakı müstəqillik anlayışımıza tərs düşər".
 
APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Cənubi Afrika Respublikasına səfəri öncəsi jurnalistlərin ABŞ-ın İrana qarşı sanksiyalara Türkiyənin də qoşulmasını istəməsi ilə bağlı sualına cavabında deyib.
 
"Biz həmin ölkələrdən elə məhsullar alırıq ki... Onları almasaq, ölkəmizi kim isidəcək? Biz bunu hörmətli Obamanın dövründə də Amerikaya dedik, indi də eynisini deyirik”.
 
R. T. Ərdoğan ABŞ prezidenti Donald Trampın mövqeyini təqdir edib: "Hörmətli prezident bu məsələlərdə yaxşı duruş sərgiləyib. Bunun davam edəcəyini zənn edirəm. Ümid edirəm ki, yanlış addımlar atılmayacaq". 
 
Qeyd edək ki, ABŞ noyabrın 4-dən etibarən İranın neft sektoruna qarşı sanksiyalar tətbiq etməyə başlayacaq. Həmin tarixdən sonra İrandan neft tədarükü sanksiyaların pozulması hesab olunacaq. Türkiyə İrandan neft idxal edən ölkələrdən biridir.  




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info