İş yerlərində qadınların diskriminasiyasına qarşı mübarizə
Tarix: 19.06.2013 | Saat: 23:01:00 | E-mail | Çapa göndər


Beynəlxalq Əmək Təşkilatının (BƏT), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə təşkilatçılığı ilə “İş yerlərində qadınların diskriminasiya hallarına qarşı mübarizədə onların bacarıqlarının möhkəmləndirilməsi” mövzusunda beynəlxalq seminar keçirilib.
Tədbirdə çıxış edən BHİK-in vitse-prezidenti, AHİK-in Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin sədri Cəmilə Səttarova seminarın məqsəd və vəzifələri barədə məlumat verib. Bildirilib ki, AHİK qadınların iş yerində hüquqlarının tapdalanmasının, ayrı-seçkiliyə məruz qalmalarının qarşısının alınması, onlar üçün nümunəvi şəraitin yaradılması və s. istiqamətlərdə məqsədyönlü işlər aparır. İşləyən qadınlar arasında aparılan sorğular sübut edir ki, Azərbaycanda bu sahədə qanunun kobud şəkildə pozulması halları müşahidə olunmur. Mərkəzin sədri vurğulayıb ki, AHİK-in beynəlxalq qurumlarla birlikdə apardığı məqsədyönlü işlər, maarifləndirmə tədbirləri nəticəsində bu sahədə bir çox nailiyyətlər əldə olunub. Qeyd edilib ki, dünyanın başqa ölkələrindən fərqli olaraq Azərbaycanda qadınlar dövlət səviyyəsində yüksək qayğı ilə tam əhatə olunublar. Seminarda BƏT-in işçi bürosunun baş mütəxəssisi Sergius Qlovasqas iş yerlərində diskriminasiya hallarına qarşı mübarizədə və bərabər hüquqa nail olunmasında həmkarlar ittifaqlarının rolu, qadınların həmkarlar ittifaqlarına daha fəal şəkildə cəlb edilməsi yollarında qarşıya çıxan maneələr və onların aradan qaldırılması ilə bağlı məruzə edib. BHİK-in siyasi məsələlər üzrə müşaviri Olqa Nikoloe Pan Avropa Regional Şurasının Qadın Komitəsinin strukturu, tərkibi, proqramı və üstün cəhətləri haqqında məlumat verib. Seminarda iş yerlərində qadınlara qarşı daha çox yayılmış diskriminasiya halları ilə bağlı nümunələr səsləndirilib, milli fəaliyyət planının hazırlanmasına dair tövsiyələr verilib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info