Zaqatalada 60-dan çox ailə aktiv əmək bazarına cəlb olunacaq
Tarix: 25.07.2018 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası çərçivəsində 2018-ci ilin sonunadək Zaqatala rayonunda 64 aztəminatlı ailə aktiv əmək bazarına cəlb olunaraq özünüməşğulluq imkanlarına yiyələnəcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktor əvəzi Sevinc Əfəndiyeva məlumat verib.
Onun sözlərinə görə, rayonun müxtəlif yaşayış məntəqələrindən araşdırma yolu ilə seçilən bu ailələr artıq “Öz biznesinə başla və təkmilləşdir” layihəsi çərçivəsində keçirilən təlimlərdə də iştirak ediblər.
Mərkəzin direktor əvəzi bildirib ki, Özünüməşğulluq proqramı çərçivəsində 2017-ci ildə Zaqatala rayonunda 20 aztəminatlı ailəyə müxtəlif sahələr üzrə öz ailə bizneslərini yaratmaq üçün zəruri mal və materiallar verilib. Bu ailələrdən 12-si heyvandarlıq, 8 ailə isə ayaqqabı ustası, dərzi, şirniyyatçı, kompyuter mütəxəssisi və digər xidmət sahələrində öz kiçik biznes təsərrüfatlarını yaradıblar.
Sevinc Əfəndiyevanın verdiyi məlumata görə, 2018-ci ilin birinci yarısında Məşğulluq Mərkəzinə 1183 nəfər müraciət edib, onlardan 1042 nəfəri işaxtaran kimi qeydiyyata alınıb. Bu müddət ərzində 360 işaxtaran vətəndaş müvafiq işlə təmin olunub, 22 nəfər isə peşə hazırlığı kursuna cəlb edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25.05.2019
Bu günün havası: paytaxtda yağmursuz, rayonlarda isə...
25.05.2019
Əsl müəllim həmişə nümunəvi vətəndaş, yaxşı şagird yetişdirməyə çalışır
24.05.2019
Şabran məktəbliləri internetdə olan imkanlar və təhlükələr barədə məlumatlandırılıb
24.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info