Azərbaycanın tolerant ölkə imicinə zərər verməyək
Tarix: 25.07.2018 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Artıq bir neçə gündür ki, müəyyən dairələrin dəstəyi ilə sosial şəbəkələrdə Azərbaycanda ənənəvi şəkildə təşkil olunan “Jara” musiqi festivalının iştirakçısı, rusiyalı müğənni Zara ilə bağlı geniş kampaniya təşkil olunub və hazırda da davam etdirilir. Əsas iddia kimi, guya, milliyyətcə erməni olan bu sənətkarın Azərbaycana gəlməsi və festivalda çıxışının yolverilməzliyi fikri irəli sürülür. Azərbaycan bütün dünyada müxtəlif xalqların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə imicinə malikdir. Biz bütün dünyaya göstəririk ki, Ermənistanda bir nəfər azərbaycanlı qalmadığı halda, Dağlıq Qarabağı nəzərə almasaq belə, ölkəmizdə 30 min erməni əsilli vətəndaş yaşayır. Azərbaycanın torpaqlarının işğalında iştirakçı olmayan, Azərbaycan xalqına qarşı cinayət törətməyən, dinc həyat tərzi sürən hər hansı erməni əsilli şəxsin ölkəmizə gəlməsi niyə yolverilməz hesab olunmalıdır? Əgər biz bir erməni əsilli şəxsə görə bu qədər sərt mövqe ortaya qoyuruqsa, dünya necə inana bilər ki, sabah Dağlıq Qarabağ Azərbaycana qaytarılarsa, biz ermənilərlə birgə yaşaya, onların təhlükəsizliyini təmin edə bilərik. Erməni şovinistləri azərbaycanlılara qarşı soyqırımı törətdiyi, Ermənistana rəhbərlik etmiş şəxslərin azərbaycanlılarla ermənilər arasında irqi uyğunsuzluq barədə iddialar irəli sürdüyü halda, biz nəyə görə dünyaya özümüzü layiq olmadığımız şəkildə təqdim etməliyik. Zara erməni deyil, Ermənistanda anadan olub, Rusiya vətəndaşıdır və milliyyətcə yezidi kürddür. Hər hansı bir şəxsin, o cümlədən də Zaranın öz doğulduğu ölkəyə hörmətlə yanaşması normal haldır. Əgər Zara Ermənistana səfərlər edib, həmin ölkəni tərifləyir və təbliğ edirsə, nəyə görə onun Azərbaycana gəlib bizim ölkəmiz haqqında xoş fikirlər səsləndirməsinə şərait yaradılmamalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti və xalqı heç bir ölkəni və ya xalqı, o cümlədən də erməniləri özünə düşmən hesab etmir. Həm ermənilər, həm də azərbaycanlılar eyni coğrafiyanı bölüşürlər və gələcəkdə də dinc yaşamağa məhkumdurlar. Azərbaycanın düşməni erməni xalqı deyil, erməni milliyyətçiliyinin və şovinizminin ideoloqları, Ermənistanın xunta və terrorçu rejimidir. Erməni xalqı da bu dairələrin girovudur və bundan əziyyət çəkir. Azərbaycan xalqı ermənilərlə dinc yaşamağa hazırdır. Yetər ki, Azərbaycan torpaqları geri qaytarılsın və Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Bu məsələni dəyərləndirən Sahib Məmmədov hesab edir ki, müharibə qanunlarına görə müharibə vəziyyətində olan dövlətlər əks tərəfin vətəndaşlarına münasibətdə müəyyən məhdudlaşdırıcı tədbirlər görə bilər: “Amma başqa bir dövlətin vətəndaşı olan şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlər beynəlxalq aləmdə yaxşı qəbul olunmur. Məsələn, Ermənistan bizim Gürcüstandan olan həmvətənlərimizə münasibətdə ayrı-seçkiliyə yol verir. Halbuki onlar başqa dövlətin, özü də Ermənistanla dost olan dövlətin vətəndaşlarıdırlar. Biz başqa ölkənin vətəndaşı olan mənşəcə erməni olanların ölkəyə girişinə o zaman məhdudiyyət qoya bilərik və qoymalıyıq ki, onlar bizim dövlət sərhədimizi pozaraq işğal altında olan ərazilərimizdə olsunlar. Amma indi Avropa futbol klublarının birində erməni mənşəli məşhur futbolçu var. Birdən onun təmsil olunduğu klub Azərbaycana gəlməli oldu. Nə etməliyik? Dünyanın bir çox ölkələrində erməni mənşəli şəxslər var ki, ya dövlət vəzifələrindədir, ya da iri şirkətlərdə rəhbər vəzifələr tuturlar. Onlar ölkəyə gələsi olsa, necə? Avroviziya mahnı müsabiqəsini Ermənistan paxıllığından boykot etməsəydi, onların (özü də vətəndaşı) gəlib Bakıda oxuyacaqdı. Biz etiraz etsəydik, dərhal Bakıda müsabiqənin keçirilməsi ləğv olunardı”. Ekspert qeyd edib ki, biz dünyaya sübut edirik ki, davamız erməni xalqı ilə deyil: “Onlar Qarabağda yaşamağa davam etsələr, Azərbaycan onlara geniş muxtariyyət verəcək və s. Mənşə baxımından bir artistin ölkəyə gəlməyinin əleyhinə bu boyda kampaniya zərərlidir”.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Türkiyədə ən çox daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarıdır
17.06.2019
Baş Prokurorluq və DİN rəsmi məlumat yayıb
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info