Türkiyə mediası: “Azərbaycan ilə iş birliyimizi hər zaman gücləndiririk”
Tarix: 26.07.2018 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


“Sabah.com.tr”: “Xalqlarımızın və dövlətlərimizin başçılarının sıx dostluq və qardaşlıq əlaqələri münasibətlərimizin daha da möhkəmlənməsində mühüm rol oynayır”

“Gunes.com”: “Xaricdə olan diasporlarımız da artıq güclərini tamamilə birləşdirdi. Bu da çox önəmlidir”



Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəmizə səfəri qardaş ölkənin mediasında geniş işıqlandırılıb. Çavuşoğlunun səfər çərçivəsində keçirdiyi görüşlərə geniş yer ayrılan məqalələrdə nazirin mətbuat konfransında səsləndirdiyi fikirlərə üstünlük verilib.



Belə yazılardan biri “Sabah.com.tr” də “Xarici işlər naziri Çavuşoğlu Azərbaycanda” başlıqlı yazıdır. Yazıda qeyd edilir ki, xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi görüşlər üçün getdiyi Bakıda Azərbaycan Baş naziri Novruz Məmmədovla görüşüb. Həmin görüşdə Mövlud Çavuşoğlu ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayaraq deyib ki, xalqlarımızın və dövlətlərimizin başçılarının sıx dostluq və qardaşlıq əlaqələri münasibətlərimizin daha da möhkəmlənməsində mühüm rol oynayır. Türkiyə və Azərbaycan prezidentlərinin bu münasibətlərinin bariz nümunəsinin bu yaxınlarda Brüsseldə keçirilən NATO Zirvə görüşündə bir daha şahidi olduq.
Dövlət başçılarının liderliyi ilə iki ölkə arasındakı dostluq əlaqələrinin bundan sonra da artaraq davam edəcəyini vurğulayan Çavuşoğlu N.Məmmədovun Avropa Komissiyasında Türkiyəyə çox yardımlar etdiyini söyləyib. Baş nazir N.Məmmədov da yeni dövlətçilik sisteminin Türkiyə üçün uğurlu olmasını arzu edib və Türkiyənin bundan sonra da dünyada nüfuzunun artacağından əmin olduğunu deyib.
“Gazetevatan.com”da “Xarici işlər naziri Çavuşoğlu: Yerinə yetirmək məcburiyyətində deyilik” başlıqlı yazıda isə qeyd edilir ki, xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfəri çərçivəsində həmkarı Elmar Məmmədyarovla görüşüb. Görüşün ardınca təşkil olunan birgə mətbuat konfransında hər səfər zamanı qardaşlıq əlaqələrinin gücləndiyini deyən Çavuşoğlu “İki ölkə arasındakı əlaqələri daha da gücləndiririk. Qarşıdakı müddətdə beynəlxalq platformada iş birliyimizi gücləndirəcəyik”. Azərbaycanının, həqiqətən, dost olduğunu, xüsusilə də bunu 15 iyul günü göstərdiyini deyən Çavuşğolu qeyd edib ki, “Azərbaycan FETÖ ilə mübarizədə Türkiyəyə ən güclü dəstəyi verən ölkələrin başında durur”.
“Gunes.com” saytında da xarici işlər naziri Mövlud Çavuşoğlunun Baş nazir Novruz Məmmədovla görüşündən bəhs edilir. Yazıda, həmçinin qeyd edilir ki, səfər çərçivəsində Çavuşoğlu öncə ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edib. Türkiyənin Bakıdakı səfiri Erkan Özoralla birlikdə Çavuşoğlu Şəhidlər xiyabanını da ziyarət edib və Əbədi məşəl abidəsinə çələng qoyub. Daha sonra Türk şəhidliyinə gələn Çavuşoğlu bu abidənin üzərinə çələng qoyub və xatirə dəftərinə ürək sözlərini yazıb. Burada media nümayəndələrinin suallarını cavablandıran Çavuşoğlu ənənəvi olaraq seçkilərdən sonra ilk ziyarətini qardaş Azərbaycana gerçəkləşdirdiyini bildirib. Prezident Rəcəb Tayyib Ərdoğanın hökumət qurulduqdan bir gün sonra -10 iyulda Azərbaycana səfər etdiyini xatırladan Çavuşoğlu bildirib ki, “Milli Məclisin sədri və müdafiə naziri də ilk ziyarətini Azərbaycana edəcək. Azərbaycan ilə iş birliyimizi hər zaman gücləndiririk. Xaricdə olan diasporlarımız da artıq güclərini tamamilə birləşdirdi. Bu da çox önəmlidir”.
“Sondakika.com.tr”, “Haberler.com”, “Takvim.com.tr”, “cnnturk.com”, “Trthaber.com”, “ahaber.com”və digər qəzet və saytlarda mövzu ilə bağlı geniş məlumatlar yer alıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info