Yunanıstan od içində
Tarix: 26.07.2018 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Yunanıstan hökuməti ölkədə meşə yanğınlarından zərərçəkən insanlara yardım üçün 20 milyon avro ayırıb. TASS xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Dimitris Tzanakopulos məlumat verib. O bildirib ki, Baş nazir Aleksis Tsiprasın sədrliyi ilə keçirilmiş iclasda bələdiyyələrin və onların yanğından zərər çəkmiş əhalisinin bilavasitə tələbatının ödənilməsi məqsədilə 20 milyon avro Maliyyə Nazirliyinin fondlarından Daxili İşlər Nazirliyinin xüsusi hesabına köçürüləcək. İclasda, həmçinin ziyan dəymiş bölgələrin effektiv müdafiəsi məqsədilə polis, yanğınsöndürən və hərbçilərdən ibarət birgə patrul dəstələrinin yaradılması barədə qərar qəbul olunub. Yunanıstan hökuməti kömək üçün Avropa İttifaqı ölkələrinə müraciət edib. Artıq Fransa, İtaliya, Polşa və digər ölkələr Yunanıstana yanğınsöndürən aviasiya, texnika və canlı qüvvə göndərib. Yunanıstanda meşə yanğınları qurbanlarının sayı 74-ə çatıb, habelə 187 nəfər xəsarət alıb. Onlardan 23-ü uşaqdır. Saatda 100 km sürətlə əsən külək yanğının qarşısını almağı çətinləşdirir və nəticədə yanğın sürətlə yayılır. Yüzlərlə yanğınsöndürən ağır şərtlərdə yanğınla mübarizə aparmağa çalışır, qayıq və helikopterlər vasitəsilə insanlar təbii fəlakət zonasından təxliyə edilir. Ən çox itki paytaxt Afinanın 40 kilometrliyində yerləşən Mati kəndində baş verib. Turistlər arasında populyar olan bu kəndi yerli əhali və turistlərin bir çoxu vaxtında tərk edə bilməyib. Kənd “alov divarı” ilə ətraf aləmdən tam təcrid vəziyyətində qalıb. Ərazidən qaçmaq istəyənlər avtomobillərin içində yanıblar. Kənddə qalanlar isə evlərdə və avtomobillərdə boğularaq ölüblər. Villaların birinin həyətində, dənizin bir neçə metrliyində Qırmızı Xaçın əməkdaşları 26 meyit aşkarlayıblar. Onlar bir-birinə sarılmış şəkildə olub... Jurnalist Kostas Kukumakis Attika bölgəsinin şərqinin cəhənnəmə döndüyünü bildirib: “Mən çoxlu sayda insanın öldüyü yerə gedə bildim. Ətrafda dəhşətli qoxu var idi. Hər yer qatı tüstü və duman içində idi. Yüzlərlə ev və avtomobil yanmışdı. Ölənlərin əksəriyyəti xilas olmaq üçün hansısa daldalanacaq axtaran turistlər olub”. Yanğının səbəbləri, hələlik dəqiq məlum deyil. Faktla bağlı təhqiqat aparılır. Bəzi hakimiyyət nümayəndələri istisna etmir ki, yanğın qəsdən törədilib. Hökumət nümayəndəsi Dimitras Tsanakopulos bildirib ki, yanğın Afina yaxınlığında eyni anda üç yerdə başlayıb. Yunan hökuməti şübhəli hərəkətləri havadan davamlı izləmək üçün ABŞ-a müraciət edərək pilotsuz aviasiya istəyib. İyulun əvvəlindən bəri Yunanıstanda havalar çox isti keçir. Son günlər isə temperatur 40 dərəcəyədək yüksəlib. Bazar günü Afina ətrafında (eləcə də Kineta şəhərində, şərqi Attikada və Kalamos şəhərində) eyni vaxtda bir neçə yanğın mənbəyi meydana gəlib. O da bəlli olub ki, yunan polisi tərəfindən Afinanın şərqindəki qəsəbələrdən birində yanğınla əlaqədar tərk edilmiş evlərdə oğurluq edən 4 nəfər saxlanılıb. 22-26 yaşlarında olan şəxslər Neos Voutzas kəndi istiqamətində yaxalanıb. Onlar yanğınla əlaqədar boşaldılmış evlərə girərkən yaxalanıblar.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info