Xaricdən telefon alarkən diqqətli olun
Tarix: 19.06.2013 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Xarici ölkələrdə səfərdə olan Azərbaycan vətəndaşları orada telefon və ya digər mobil rabitə cihazları alarkən, diqqətli olmalıdırlar. Əgər alınan cihazların mənşəyi bilinmədiyi və orijinal olmadığı aşkar olunsa, həmin avadanlıqlardan istifadə etmək mümkün olmayacaq. Bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
Qeyd edək ki, Azərbaycanda Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) mayın 1-dən işə düşüb və ölkədə istifadə olunan bütün mobil rabitə cihazları bu sistemdə qeydiyyatdan keçməlidir. Bu tarixdən etibarən ölkədə mənşəyi bilinməyən, orijinal olmayan və oğurluq telefonların istifadəsi mümkün deyil. Bu zaman mobil telefonun orijinal olub-olmadığı onun IMEI koduna əsasən müəyyən edilir. İ.Məmmədov bildirib ki, telefon və digər mobil cihazlar Azərbaycan vətəndaşlarının xaricdə səfərdə olduğu zaman ən çox maraq göstərdikləri mallardandır: «Xüsusilə, Asiya ölkələrindən, İranda və Yaxın Şərq ölkələrində səfərdə olanlar özləri ilə mobil cihazlar gətirirlər. Bəziləri belə cihazları özlərinə, digərləri hədiyyə olaraq yaxınlarına alırlar». Bununla yanaşı, Azərbaycanda MCQS-in işə düşməsi nəticəsində mənşəyi bilinməyən telefonların istifadəsi mümkün olmayacaq. Ona görə də nazir müavini xarici ölkələrdən belə cihazları alarkən onların orijinallığına əmin olmağı məsləhət görür. İ.Məmmədovun sözlərinə görə, vətəndaşlar xaricdə almaq istədikləri telefonun orijinallığını yoxlamaq üçün onların IMEI kodlarını öyrənməli və “www.imei.az” saytı vasitəsilə kodun orijinal olub-olmadığını dəqiqləşdirməlidir. Yalnız müsbət cavab aldığı halda bu telefonu almaq məsləhətdir. Yeri gəlmişkən, artıq qanunsuz telefonların ölkəyə buraxılmamasına başlanılıb. Yeni sistemin işə düşməsindən keçən vaxt ərzində ölkəyə mənşəyi bilinməyən, orijinal olmayan 20 minə yaxın mobil rabitə cihazının gətirilməsinin qarşısı alınıb. Eyni tövsiyələr internet vasitəsilə xaricdən telefon sifariş verənlərə də aiddir.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Biz 1994-cü ildən Azərbaycanı xarici investisiyalar üçün açaraq milyardlarla dollarlıq sərmayə cəlb edə bildik”
20.02.2019
Azərbaycan enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradır
20.02.2019
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20.02.2019
“Yaşıl dəhliz“ sistemindən uğurlu nəticələr əldə edilir
20.02.2019
Rayonlarda ətirli tütün əkiləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info