On bir minə yaxın ahıl və əlil öz evində sosial xidmətlə təmin olunur
Tarix: 26.07.2018 | Saat: 05:44:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial işçiləri tərəfindən hazırda 10,8 min tənha ahıl və əlilliyi olan şəxs öz evində sosial xidmətlə təmin edilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin şəxslərdən 8,5 min nəfəri ahıl, yəni yaşı 70-dən yuxarı olanlar, qalanları isə əlillərdir. Evlərində sosial xidmət göstərilən insanlardan 8,8 mini qadın, digərləri kişidir.
Sosial işçilər həftədə ən azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərinə gedərək ev təsərrüfatında təmizlik işləri aparır, ərzaq, sənaye və məişət mallarının alınmasında, yemək hazırlanmasında, zəruri hallarda tibbi yardım olunmasında və s. işlərdə kömək göstərirlər.
Bir nəfər sosial işçi kənd yerlərində 8 nəfərə, şəhər və qəsəbələrdə, rayon mərkəzlərində isə 12 nəfərə sosial xidmət göstərir.
Qanunvericiliyə əsasən, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, özünəqulluq qabiliyyəti olmayan və sosial xidmətə ehtiyac duyan tənha ahıllar və əlilliyi olan şəxslər (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadıqları halda) evlərində sosial xidmətlə təmin edilirlər.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info