Laçınlı məcburi köçkünlərin qaz, içməli su və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılır
Tarix: 26.07.2018 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Taxtakörpü ərazisində infrastruktur və kommunal xidmətlərin inkişaf etdirilməsinə diqqət artırılır, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması üçün lazımi tədbirlər görülür.
Laçın Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamına uyğun olaraq, laçınlı məcburi köçkünlərin Taxtakörpü ərazisində məskunlaşdıqları Qayğı qəsəbəsinin qazlaşdırılması işləri başa çatmaq üzrədir. Qəsəbədə qaz xətlərinin çəkilişinə may ayından start verilib. Qəsəbənin qazla təmin olunması üçün 2700 metr daşıyıcı, 3200 metr paylayıcı xətlər çəkilib. Hər bir abonent sayğac və qaztənzimləyici ilə təmin olunub. Hazırda mənzillərdə qaz sobalarının quraşdırılmasına başlanılıb. Tezliklə qəsəbə sakinləri “mavi yanacaq”dan istifadə edə biləcəklər.
Bundan başqa, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən, respublikanın 13 rayonunun, ümumilikdə, 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsinin, o cümlədən laçınlı məcburi köçkünlərin məskunlaşdıqları 552 saylı qəsəbənin içməli su ilə təminatı yaxşılaşdırılacaq. Artıq Ağcabədidən 8426 metr uzunluğunda polietilen boru ilə magistral su xəttinin çəkilişi başa çatıb. Ağcabədi rayonunun Muğanlı kəndində qazılmış subartezian quyularından gələn su şəbəkəyə qoşulduqdan sonra qəsəbə əhalisi keyfiyyətli içməli su ilə təmin olunacaq.
Bundan başqa, cari ildə əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə Mişni nasos stansiyasında təmir işləri aparılıb, Mişni-Mayis, Taxtakörpü-Qarakeçdi, Kür çayı-Mişni magistral su xətlərinin 60 paqonmetr hissəsi yenisi ilə əvəz olunub, obalarda və qəsəbələrdə daxili su xətləri təmir edilib. 37 ailəlik qəsəbədə istismar müddəti başa çatmış metal borular polipropilen boru ilə əvəzlənib, bütün abonentlər sayğacla təmin olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Ağbulaq, Sadınlar və Fingə obalarında 256 ailənin içməli su ilə təminatının yaxşılaşdırılması üçün modul tipli sutəmizləyici qurğular quraşdırılaraq istifadəyə verilib.
Taxtakörpü ərazisində məskunlaşmış köçkün ailələrinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün tədbirlər də davam etdirilir. Belə ki, ilin əvvəlindən 0,4 və 10 kVa-luq hava xətlərində cari təmir işləri görülüb, 10 min 350 metr naqil yenisi ilə əvəz olunub. Qayğı qəsəbəsində, Vağazin, Qarakeçdi, Şeylanlı, Fingə, Ağbulaq, Ərdəşəvi, Arduşlu, Nurəddin obalarında 202 ədəd dayaq dəyişdirilib, Vağazin, Hacılar, Əhmədli, Malıbəy obalarında 100 kvt-lıq, Cağazur obasında 63 kvt-lıq transformator yenisi ilə əvəzlənib. Alxaslı obasında elektrik xətlərində əsaslı təmir işi aparılıb, 30 ədəd 10 kvt-lıq beton dirək və 30 ədəd 0,4 kvt-lıq dayaq basdırılıb, 5 min metr naqil dəyişdirilib, 250 kvt-lıq transformator qoyulub.
Əhalinin sosial problemlərinin həllinə, yaşayışının yaxşılaşdırılmasına yönəlmiş bu tədbirlər laçınlı məcburi köçkünlər tərəfində razılıqla qarşılanır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
23.02.2019
Turistlər polisdən razılıq edirlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info