“G8” sammitində Putin qalib gəldi”
Tarix: 19.06.2013 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


“The Foreign Policy” yazır ki, Şimali İrlandiyada “böyük səkkizlik” sammitində Rusiya prezidenti Vladimir Putin üstün mövqe tutub. Nəşrin yazdığına görə, dövlət başçısı özü bildirib ki, “G8” dövlət başçılarının görüşündə kəskin məsələlərin müzakirəsi zamanı özünü yalnız hiss etməyib.
Məqalədə deyilir: “Budur, Suriya münaqişəsinin bitməsinə istiqamətlənmiş diplomatik proses başlayıb. Suriyada 93 min insan həlak oldu, 6 milyona yaxın suriyalı isə öz doğma yerlərini tərk etməyə məcbur oldu. Lakin beynəlxalq cəmiyyətin diqqəti Putinin “ruhi vəziyyəti”nə yönəldi”.
Həmçinin bildirilir ki, sammit dünya liderlərinin fotoları sayəsində hər hansı diplomatik sıçrayışla yadda qalmayacaq: bir sıra şəkillər, məsələn, Rusiya-Amerika danışıqlarından sonra Vladimir Putin və Barak Obamanın şəkilləri internetin yaddaşına köçürüldü: “Putin bu cür sammitlərdə “pis oğlan” statusu üzrə oyunda ustadır. Bu dəfə rusiyalı prezident suriyalı üsyançıları “hannibal” adlandıraraq onların silahlandırılması əleyhinə çıxış etdi”.
Öz növbəsində “The New Yorker” hesab edir ki, “böyük səkkizliyin” sammitində Putin “yuxarıları qazanıb”: “G8”in digər liderlərindən fərqli olaraq Rusiya prezidenti nə istədiyini dəqiq bilir və o, öz hədəflərinə çatmaq naminə hər şey etməyə hazırdır.
Belə ki, Suriya hadisələrində Putin ABŞ və Böyük Britaniyanın Yaxın Şərqdə təsirini ələ almağa istiqamətlənmiş köhnə rus siyasətini davam etdirir. Rusiyanın dünyada zəifləmiş rolunu nəzərə alaraq onun bu strategiyada şansı olmadığını düşünmək olardı. Ancaq hələ ki Rusiya qalib gəlir”.
Nəhayət, “The Wall Street Journal” yazır ki, son 20 il ərzində Moskvanın dünya arenasına təsiri azalıb və buna görə də Putin “öz suriyalı dostları üçün belə möhkəm dayanır”: “Bununla belə, Rusiya əvvəlki kimi “destruktiv güc” kimi çıxış edə bilər, bu isə xarici siyasətdə ən əhəmiyyətli rollardan biridir. Ola bilər ki, Putin Rusiyanın azalan təsiri haqqında bildiyi müddətdə bir qədər özünü “narazı” aparır”.

Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info