Bolqarıstan mətbuatı Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında yazıb
Tarix: 26.07.2018 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Bolqarıstanın aparıcı KİV-lərindən olan “Standart” qəzetində “Dağlıq Qarabağda həbs olunmuş azərbaycanlılar üçün azadlıq tələb olunur’’ başlığı ilə xəbər dərc olunub.
Azərbaycanın Bolqarıstandakı səfirliyinin məlumatına görə, Ermənistanın torpaqlarımızın işğalı nəticəsində məcburi köçkünə dönmüş D. Əsgərov və Ş. Quliyevin 2014-cü ildə öz ata-baba yurdlarını ziyarət edərkən Ermənistan əsgərləri tərəfindən əsir götürüldükləri, digər Azərbaycan vətəndaşı Həsən Həsənovun isə öldürüldüyü qeyd olunub.  
2016-cı ildə D. Əsgərov və Ş. Quliyevin hüquqlarının müdafiə komitəsinin yaradıldığı bildirilərək məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Rusiya prezidenti və bu dövlətin Azərbaycandakı səfirinə müraciətlərin edildiyi vurğulanıb. Yazıda D. Əsgərovun oğlu Kürdoğlu Əsgərovun 11-12 sentyabr 2017-ci il tarixində Varşavada ATƏT-in insan haqları ilə bağlı sammitində iştirakına da yer verilib. Sonda onların azad olunması istiqamətində AR XİN-in səylərinə toxunulub.
Bolqarıstanın nüfuzlu “Focus” xəbər agentliyinin internet səhifəsində isə “Azərbaycan səfirliyi: Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətin D.Əsgərov və Ş.Quliyevin taleyinə biganə qalmayacağına ümid edir” adı altında xəbər dərc olunub. Xəbərdə D.Əsgərov və Ş. Quliyevin girov götürülməsinin, H. Həsənovun qətlə yetirilməsindən 4 il keçdiyi vurğulanıb.
Xəbərdə D. Əsgərov və Ş. Quliyevin qanunsuz həbsi və Ermənistanın onları azad etməkdən imtina etməsinin girovların yaxınlarının böyük üzüntüsünə, Azərbaycan ictimaiyyətinin haqlı qəzəbinə səbəb olduğu qeyd edilib.
Sonda Azərbaycan tərəfinin beynəlxalq ictimaiyyətin girovluqda müxtəlif xəstəliklərə düçar olmuş D. Əsgərov və Ş. Quliyevin taleyinə biganə qalmayacağına və bu günahsız insanların dərhal azad edilməsi və öz ailələrinə qovuşması üçün Ermənistana təsir göstərəcəyinə ümid etdiyi vurğulanıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info