“Yeni prezident Azərbaycana xüsusi əhəmiyyət verir”
Tarix: 19.06.2013 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin beynəlxalq münasibətlərlə bağlı bəyanatını şərh edən İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Tehran-Bakı münasibətlərini çox parlaq qiymətləndirib.
Bu barədə “IRNA” məlumat yayıb. “IRNA”-ya müsahibə verən səfir bildirib:
“Ruhani həm seçki kampaniyası zamanı, həm də mətbuat konfransında öz hökumətinin xarici siyasətində strateji qonşulara, o cümlədən Azərbaycana xüsusi əhəmiyyət verdiyini bildirib və bu, İranın yeni hökumətinin xarici siyasətində öz yerini saxlayacaq". Pakayin qeyd edib ki, Azərbaycanın müstəqilliyə qovuşmasından etibarən iki ölkə arasında münasibətlər hər zaman genişlənib: "Tarixi, mədəni və dini baxımdan çox yaxın bağlılığı olan İran-Azərbaycan münasibətləri, həmçinin iki ölkə arasında uzun sərhədlər və qarşılıqlı maraqlar əslində strateji əhəmiyyət daşıyır". İranın gələcək hökumətinin rolunu şərh edən səfir təsdiq edib ki, Qarabağ problemi regional təhlükəsizliyə təsir edir. Ermənistan-Azərbaycan cəbhə xətti zonasının bilavasitə yaxınlığında yerləşən İran, təbii ki, bu məsələyə daha həssas yanaşır: "Bu həssas regionda düşmənçiliyin davam etməsi və istənilən müharibə İrana mənfi təsir göstərəcək. Buna görə də biz bu münaqişənin təzliklə sülh yolu ilə həll olunmasını arzulayırıq". İran səfiri qeyd edib ki, Tehran keçmiş təcrübəsindən və beynəlxalq arenadakı statusundan istifadə etməklə köməyini təqdim etməyə hazırdır: "Qarabağ probleminin həlli çox uzadıldı və hesab edirik ki, bu, regionun maraqlarına daxil deyil”. Pakayin əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi region ölkələrinin iqtisadi inkişafı, qonşu ölkələr, Azərbaycan və Ermənistan üçün ciddi çağırış ola bilər: "Minsk qrupu və Avropa, eləcə də qrupun üzvü olan, Yaxın Şərq, Əfqanıstan, İraq, Suriya kimi problemlərin həllinə cəlb olunmuş güclü regional ölkələr bu münaqişənin həlli üçün güclü stimul nümayiş etdirə bilmirlər və beləliklə, Qarabağ məsələsi onlar üçün adi problemdir. Biz düşünürük ki, bu münaqişə yalnız vasitəçilik və region ölkələrinin köməyi ilə həll oluna bilər".
Anar





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info