“ Rusiya televiziya kanallarında Ermənistanın yeni hökumətini tənqid edən verilişlər artıb”
Tarix: 26.07.2018 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


“ Bunlar hamısı Moskvanın Paşinyanın Qərbə yönəlik kursuna qarşı hesablanmış mesajlarıdır”

«Biz hamımız yeni hökumətin Ermənistanı Avrasiya İqtisadi Birliyindən uzaqlaşdıracağını düşünürdük və birdən Paşinyan bu qurumun iclsında iştirak edəcəyini bəyan edir».
Bu fikirlər «ArmenianReport» saytındandır. Paşinyanın Rusiyaya səfərinə münasibət bildirən sayt daha sonra yazır ki, bu gün Ermənistanın daxilində həm korrupsiya ilə mubarizə ilə bağlı, həm təhsildə, həm orduda problemlərin mövcud olduğu bir məqamda Paşinyan Rusiyaya getməklə məntiqi izahı olmayan bir addım atır.
Maraqlıdır ki, səfər ərəfəsində Paşinyan özünün «Facebook» səhifəsində Sankt-Peterburq səfərini Avrasiya İqtisadi Birliyinin işini iflic etmək niyyətinin olmaması ilə izah edib. Qeyd edilməlidir ki, Paşinyanın bu izahı erməni cəmiyyətini qane etmədiyi kimi, çox təəccüblü suallara və hətta darıxdırıcı bir narazılığa belə, səbəb olmaqdadır:«Həqiqətən, Nikol Paşinyan hökumətinin xarici siyasət sahəsindəki son hərəkətlərini, xüsusilə də NATO sammitində iştirak etdiyini, Aİ liderləri ilə görüşlərini təhlil edərkən, Moskvanın kəskin tənqidləri fonunda İrəvanın xarici siyasətinin hərtərəfli dəyişməsi gözə çarpır. Bu gün yeni Ermənistanın həm KTMT, həm də Avrasiya İqtisadi Birliyindən qopması yalnız zaman məsələsidir. Özü də yaxın vaxtların zaman məsələsidir. Biz artıq Avrasiya İqtisadi Birliyinin Ermənistan iqtisadiyyatına heç bir dividendlər gətirmədiyini, ölkəmizin idxal-ixracındakı balanssızlığı düzəldə bilmədiyini çoxdan anlamışıq. Lakin bunun müqabilində Rusiya bizim malların xarici bazara çıxarılmasına süni maneələr yaratmaqla yanaşı, özünün keyfiyyətsiz mallarını bizim bazarlara doldurmaqla məşğul olub. Təsadüfi deyil ki, Kremldən tamamilə asılı olan keçmiş Ermənistan rəhbərliyi də bunu etiraf etmək məcburiyyətində idi. Lakin Sarkisyanın Ermənistanı Rusiyadan qoparmağa, sadəcə, cəsarəti çatmırdı. Amma biz bunu yeni erməni hökumətinin-Paşinyanın həyata keçirəcəyinə ümid edirdik. Lakin əfsuslar… və birdən Paşinyan Avrasiya İqtisadi Birliyinin iclasında iştirak edəcəyini bəyan edir».
Sayt daha sonra yazır: «Həqiqətənmi, yeni hökumət artıq geri çəkilməkdədir və ya baş nazirin Sankt-Peterburqa səfəri məcburi bir tədbirdir? Axı biz hamımız Moskvanın Ermənistanı öz orbitində saxlamaq üçün bütün yollardan , hətta şantaj yolundan belə, yararlanacağını yaxşı bilirik. Çox güman ki, bu, belə də olacaq. Çünki bir sıra xüsusiyyətlər artıq dolayı yolla da olsa ifadə edilməkdədir. İlk olaraq, son günlər Rusiynın bir çox federal televiziya kanallarında və Kremlin nəzarətində olan kütləvi informasiya vasitələrində Ermənistanın yeni hakimiyyətinə qarşı ayrı-seçkilik tənqidilərinin artdığını görürük. Bunlar hamısı Moskvanın Paşinyanın müstəqil və Qərbə yönəlik kursuna hesablanmış mesajlarıdır. Bundan əlavə, artıq Ermənistanın bir çox KİV-ləri ilin sonundan başlayaraq Moskvanın Ermənistana satacağı qazın qiymətini artıracağı ilə bağlı məlumatlar verməkdədir. Təbii ki, bu da Moskvanın Paşinyana, onun yeritdiyi siyasətə hesablanmış xəbərdarlıq kimi qiymətləndirilməlidir».
Erməni saytının yazdığına görə, təbii ki, Kremldə oturanlar o qədər də ağılsız deyillər. Onlar qazın qiymətinin artacağı təqdirdə bunun təkcə Ermənistan iqtisadiyyatı, əhalisi üçün deyil, həm də Paşinyan hökumətinin səlahiyyətliləri üçün də böyük bir zərbə olacağını yaxşı anlayırlar. Yəni Moskva bu addımı ilə Ermənistana « Rusiyanın maraqlarını nəzərə alaraq, xarici siyasətini "düzəltmək"» mesajını göndərir.
Əslində, bütün bunlar belədirsə, o halda Paşinyan gərək heç Sankt Peterburqa gedib iclasa qatılmayaydı: «Beləliklə, bir tərəfdən Rusiyanın şantajından qorxmadığını və digər tərəfdən, beynəlxalq ictimaiyyətə açıq bir təəssürat verməklə göstərəydi ki, «Rusiyanın təzyiqinə baxmayaraq, Ermənistan Qərblə yaxınlaşmaq siyasətini gücləndirməyə davam edir». Saytın iddiasına görə, Paşinyanın belə addımı erməni cəmiyyətində də güclü dəstəyini tapardı.
Lakin Paşinyan Sankt Peterburqa getməklə, başqa bir addım atdı: «Lakin bütün bunlara baxmayaraq, biz Paşinyanın Rusiyadakı iclasda, milli maraqlara zidd olsa da belə, Ermənistanın bütün iddialarını səsləndirəcəyinə, «ötəri ittifaqda» yaxşı niyyət sərgilədiyini aydın şəkildə göstərəcəyinə ümid edirik».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info