“Turizm obyeklərində təhlükəsizliyin yüksək səviyyədə olması vacibdir“
Tarix: 26.07.2018 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


İstirahət mərkəzlərində təhlükəsizlik kameralarının olması məsələsi vacib amildir. Bununla bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, turizm obyeklərində təhlükəsizliyin yüksək səviyyədə olması vacibdir: “İstirahət məkanları turizim sahəsinə aid bir xidmət növüdür. İstirahət məkanlarınin əsas iş prinsipi müştərilərə yüksək səviyyədə xidmət göstərmək , buna keyfiyyətli qidalanma, əyləncə vasitələri, atraksionlar və s. aiddir ki digəri isə müştərinin təhlükəsiz şəraitdə, yəni həyatı üçün təhlükə olmadan istirahətini etməsini təmin etməkdir. Yəni həmin qidalanma sağlam olsun, əyləncə vasitələri, atraksionlar saz vəziyyətdə olsun və müştəri heç bir arzuolunmaz hallar ilə qarşılaşmasın. Bunu üçün turizm obyeklərində təhlükəsizliyin yüksək səviyyədə olması vacibdir”.
Ekspert bildirib ki, istirahət məkanlarında nəzarət müşahidə kameralarının olması və gün ərzində video nəzarət operatorları tərəfindən nəzarət edilməsi hər hansı bir hadisənın aşkara çıxarılmasına və araşdırılmasına böyük kömək edir:"İstirahət məkanları müştərinin təhlükəsizliyi, istirahət məkanının təhlükəsizliyi üçün bunu edirlər. Çünki orada baş verən hər hansı neqativ hadisəyə görə məsuliyyət daşıyırlar. Yüksək səviyyədə xidmət göstərən istirahət məkanlarında bunların hamısı demək olar ki var. Yay mövsümü, yəni 3-4 ay işləyən obyeklərin əksəriyyətində nəzarət kameraları, demək olarki yoxdur. Ancaq bütün mövsümü işləyən, yüksək səviyyədə xidmət göstərən istirahət məkanlarında nəzarət kameraları vardır və əraziyə 24 saat nəzarət olunur. Təbii ki mütərilərin də üzərinə məsuliyyət düşür. Müştəri ilk öncə gedəcəyi məkanı düzgün seçməlidir. Yəni araşdırmalı, hansı istrahət məkanlarına ailə ilə getmək olar və uşaqlar varsa onları da nəzəzrə almalıdır. Yəni açıq bir ərazidə yerləşən, bir tərəfi dəniz digər tərəfi meşə olan, katejlər taxtada və altında qırağında dərmə-deşik olan bir otaqda qalırsa onu gecə yatdığı yerdə ilan, əqrəb və s. zəhərli həşaratın sancmasının qaçılmaz olduğunu nəzərə almalıdır. Daha sonra uşaqları tək qoymaq, nəzarətsiz buraxmaq olmaz. Uşağı nəzarətsiz qoydun uşaq getdi qaynayan bir samavarı dağıtdı üstünə yandırdı özünü, buna istirahət məkanı cavabdeh ola bilməz axı. Xüsusən istirahət məkanlarında əyləncə vasitələrindən istifadə edərkən texniki təhlükəsizlik qaydalarına riayyət etmək lazımdır. Qadağan edilən yerlərə girməmək lazımdır. Yəni müştəri də öz təhlükəsizliyini düşünməlidir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info