Dövlət Sosial Müdafiə Fondu ilə bank sektorunun nümayəndələri arasında görüş keçirilib
Tarix: 26.07.2018 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


“Paşa” Bankın təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə bank sektorunun nümayəndələri arasında görüş keçirilib.
Görüşdə məcburi dövlət sosial sığorta haqlarının qanunla müəyyən edilmiş müddətdə sığortaedənlər tərəfindən ödənmədikdə onların cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının Dövlət Sosial Müdafiə Fondunun hesabına alınması məsələləri ilə bağlı birgə görüləcək işlərin düzgün və operativ təşkili müzakirə edilib. Həmçinin banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncamların mərkəzləşdirilərək elektron qaydada “Sosial sığorta haqqında”, “Elektron imza və elektron sənəd haqqında” və “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında” Qanunlara uyğun təşkilinin həyata keçirilməsi, bu istiqamətdə işlərin sürətli, optimal təşkil edilməsi üçün görüləcək işlər təhlil olunub.
Qeyd olunub ki, bank hesablarına sərəncam qoyulması və qoyulmuş sərəncamın geri götürülməsi Dövlət Sosial Müdafiə Fondu ilə banklar arasında bağlanılacaq elektron sənəd mübadiləsi haqqında müqavilələrin tələblərinə əsasən həyata keçiriləcəkdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info