Nəsimidə sahibkarlığın inkişafına yönəlmiş tədbirlər davam etdirilir
Tarix: 26.07.2018 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması ilə bağlı görülən işlərlə gənclərin daha yaxından tanış olması məqsədi ilə rayonun bir qrup fəal gənci “Bakı Tikiş Evi” ATSC-də olaraq, yeni açılmış iş yerləri və burada çalışan işçilərin iş şəraiti ilə yaxından tanış olmuşlar.
“Bakı Tikiş Evi” ATSC-nin sədri Fidail Rəhimov çıxış edərək, böyük iqtisadi göstəricilərə malik fabrikin 1936-cı ildən fəaliyyətə başladığını, müəssisənin II Dünya Müharibəsi dövründə ölkənin qabaqcıl müəssisələrindən biri olaraq fəaliyyət göstərdiyini, Respublikamızın müstəqilliyinin ilk illərində iri sənaye müəssisəsi kimi ölkə əhalisini geyim məhsulları ilə təmin etdiyini bildirdi. F.Rəhimov çıxışına davam edərək bildirdi ki, müəssisə 1991-ci ildən Azərbaycan Respublikasının ordu quruculuğunda fəal iştirak edərək əsgər və zabitləri müxtəlif çeşidlərdə geyimlərlə təmin etməyə başlamış, son illərdə isə fabrikdə müasir və keyfiyyətli məktəbli formaları istehsal edilir. Hal-hazırda fabrikdə 800 nəfərin iş ilə təmin olunduğu qeyd edən F.Rəhimov fabrikdə yeni istehsalat emalatxanalarının tikinti quraşdırma işləri aparıldığını və bütün bunların gələcəkdə yeni iş yerlərinin acılmasına əlverişli şərait yaradacağını vurğuladı.
Daha sonra gənclərin Heydər Əliyev Fondunun layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parka ekskursiyası  təşkil olunmuşdur.  Gənclər ilk öncə Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüb, xatirəsinə ehtiramlarını bildirdilər. Nəsimi rayon gəncləri  Zirə Mədəniyyət Mərkəzinin Qalereya – yaşıllıq ərazisi, Fotostudiya, Art-studiya, Elektron kitabxana, IDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti (ingilis, fransız və rus dilləri), Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi ilə yaxından tanış oldular. Daha sonra Zirə Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən Eko Park haqqında məlumatlar verildi. Bildirildi ki, Eko-Park xüsusi landşaft dizaynı ilə layihələşdirilib, burada 50.000-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın çiçək və gül əkilib. Eko Parkda Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın  müəllifi olduğu Həyat abidəsi - “Ürək” abidəsi gənclərin böyük marağına səbəb oldu.
Daha sonra Orxideya zalında gənclərin Nəsimi rayon sahibkarları ilə görüşü keçirildi. Görüşdə  Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonda sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində işlər uğurla davam etdirilir. G.Verdiyeva çıxışına davam edərək rayonda həyata keçirilən layihələr və gələcəkdə nəzərdə tutulan işlər barədə tədbir iştirakçılarına geniş məlumat verdi.
Tədbirdə "İnturavto" ASC-nin sədri Aydın Heydərov və Azərbaycan Respublikası "Sənayeavtomatika" İstehsalat Birliyinin baş direktoru Natiq Cavadov çıxış edərək, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə iş adamlarına göstərilən dövlət dəstəyinin, sahibkarlığın inkişafına yaradılan münbit şəraitin əhəmiyyətindən danışmış, Nəsimi rayonu ərazisində sahibkarların fəaliyyəti üçün mövcud olan əlverişli şəraitin investisiya qoyuluşu üçün geniş stimul yaratdığını və bütün bunlara görə Möhtərəm Prezidentə minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar çavablandırıldı və xatirə şəkilləri çəkildi.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info