QHT regionlarda tədbir keçirdi
Tarix: 06.06.2018 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


"Müasir gənclik və Sosial İnkişaf İctimai Birliyi” Azərbaycan Respublikası Prezidenti yanında qeyri hökümət təşkilatlarına dövlət dəstəyi şürasının maliyyə dəstəyi ilə iyun ayının 5-i , 6-ı, 7-də Gəncə şəhəri , Göygöl və Samux rayonlarında "Ekoloji maarifləndirmənin yeni formalarının tətbiqi istiqamətinə yeni baxış” mövzusunda tədbir keçirilmişdir. Tədbiri açıq elan edən "Müasir gənclik və Sosial İnkişaf İctimai Birliyi” sədri E.Əsədov aşağıdakıları bildirmişdir.
Respublika Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” barədə imzaladığı 2006-cı il 28 sentyabr tarixli sərəncamından sonra ölkənin gərgin ekoloji vəziyyətdə olan bəzi bölgələrdə, ətraf-mühitin sağlamlaşdırılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz fəaliyyətində daha mühüm addımlar atmışdır.
Dövlət başçısı cənab İlham Əliyev müsahibələrin birində belə qeyd etmişdir: "İndi ölkənin maddi imkanları artır. İlk növbədə, biz bundan istifadə edib onu insanlarımızın daha da yaxşı yaşamasına yönəltməliyik.
İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf-mühitin qorunmasıdır”
Bu sözlər ölkə başçısının öz vətəndaşlarına nə qədər böyük önəm verdiyini göstərir. Məhz bu səbəbdən də bizlər hörmətli prezidentimizin bu sözlərini nəzərə alaraq təbiətin, ətraf-mühitin mühafizəsinə, təmizliyinə diqqətlə yanaşmalı və mövcud ekoloji problemlərlə əlaqədar öz üzərimizə düşən və vəzifəni layiqincə yerinə yetirməliyik.
Onu da qeyd edək ki, insanların ekoloji cəhətdən maarifləndirilməsinin erkən yaşda həyata keçirilməsi olduqca zəruridir. Çünki hər bir gənc cəmiyyətimizin gələcək yetkin fərdinə çevrilərək onun inkişafında mühüm rol oynamaq imkanına malikdir. Elə bu səbəbdən gənclərin ekoloji cəhətdən maarifləndirilməsinə xüsusi diqqət yetirilməlidir.
N. Niftəliyev çıxışında bunları bildirmişdir: "əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” 10 dekabr 2002-ci il tarixli dövlət qanunun 7.1-6 maddəsində deyildiyi kimi: "Hər kəsi təbiətə qayğılı və məsuliyyətli münasibət bəsləmək ruhunda tərbiyə etmək” lazımdır.
Bəşəriyyətin müasir inkişaf mərhələsində cəmiyyətlə təbiət arasında münasibətlər daha da kəskinləşmiş, insanları narahat edən ciddi problemlər yaradılmışdır. Keçmiş inkişaf mərhələlərində yaranmış ekoloji problemlərin bünövrəsi üzərində kəskinləşən problemlər XX əsrin son onilliklərindən başlayaraq daha da kəskinləşmiş, müasir dövrün qlobal problemlərinə çevrilmişdir. Coğrafi mühit öz təbii vəziyyətini itirərək faciəli hala düşmüşdür. Min illər ərzində insanın qarşılıqlı əlaqədə olduğu təbii mühit öz təsərrüfat fəaliyyətinin nəticəsində əsaslı surətdə dəyişdirilmişdir. Nəticədə bütün bəşəriyyəti əhatə edən cəmiyyətin sonrakı fəaliyyətini və təsərrüfatın inkişafını təhlükədə qoyan problemlər təbii resursların tükənməsi və ətraf - mühitin çirklənməsi kimi problemlər meydana gəlmişdir. Odur ki, XX əsr inasın təbiətə, onun sərvətlərinə qəddar mçünasibət bəslədiyi dövr kimi bəşəriyyətin tarixinə qara səhifə ilə həkk olunub.
Digər çıxış edən V. Hüseynov Azərbaycan hazırda nadir iqtisadi inkişaf dövrünü yaşayır. Cənab Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində respublikamız artıq regionda lider ölkəyə çevrilmişdir. Xalqımızın təbii sağlam mühitdə yaşaması və təbii sərvətlərdən istifadəsi məsələsi son on ildə Respublika Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Bu baxımdan , aparılan sosial-iqtisadi islahatlar da, ölkəmizin ekoloji durumunun gündən-günə yaxşılaşdırılması istiqamətində atılan addımlar da həmin xüsusi diqqət və qayğının bariz nümunəsidir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info