Ölkəmiz haqqında xoş fikirlər səsləndirilməsinə niyə şərait yaratmayaq?
Tarix: 27.07.2018 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


"Jara" festivalında iştirak üçün Bakıya gələcəyi bildirilən rusiyalı müğənni Zara ilə bağlı sosial şəbəkələrdə aparılan kampaniyanın heç bir əsası yoxdur. Onun erməni əsilli olmasını qeyd edərək kampaniya aparanlar bəzi məqamları unudurlar. Yezidi kurd olan Zara Rusiyanın Əməkdar artistidir və Azərbaycana da Rusiya vətəndaşı və Əməkdar artisti kimi gəlir. Rusiya vətəndaşına neyə əsasən deyək ki, bura gəlmə?
Zaranın ölkəmizə gəlməsində mənfi heç nə olmadığını əsaslandıran ekspertlər və media orqanlarına qarşı qərəzli münasibətin ortaya qoyulması da yolverilməzdir. Məzələn, “Xəzər” TV-də yayımlanan reportajda qeyd edilənlərlə razı olmayanları anlamaq olmur. Reportajda qeyd edilir ki, tolerant olduğumuzu numayis etdirməliyik və bununla göstərməliyik ki, Dağlıq Qarabağ işğaldan azad ediləndən sonra orada qalan ermənilər Azərbaycan vətəndaşı kimi yaşaya bilərlər. Bunun əleyhinə necə çıxmaq olar? Erməni dəyirmanına niyə su tökək, emosional yox, reallığı nəzərə alaraq, ağıllı yanasma ortaya qoymalıyıq. Əgər, Zara Ermənistana səfərlər edib, həmin ölkəni təbliğ edirsə, nəyə görə onun Azərbaycana gəlib bizim ölkəmiz haqqında xoş fikirlər səsləndirməsinə şərait yaradılmamalıdır. Gəlin, biz də ondan istifadə edək.
Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya açıqlamasında "Jara" festivalında iştirak edəcək müğənni Zaranın Bakıya gəlməsi ilə bağlı etirazlara münasibət bildirib: "Rusiyanın erməni əsilli olduğu bildirilən tanınmış müğənnisi Zaranın "Jara" festivalında iştirak üçün Bakıya gələcəyinə dair xəbərlərin sosial şəbəkələrdə müzakirəsi ilə tanış oldum. "Xəzər" TV-də yayımlanmış məlum sujeti də izlədim və azacıq araşdırma apardım. Zara Rusiya telekanallarından birində təxminən 2-3 il əvvəl yayımlanmış müsahibəsində kürd kökənli olduğunu bildirir. Yəni Mqoyan soyadına baxmayaraq xanım kürddür və hamının da bildiyi kimi, Zara Ermənistandan Rusiyaya köç edərək orada məskunlaşmış ailədə anadan olub. Bütün həyatı da Rusiya ilə bağlıdır". Ə. Amaşov qeyd edib ki, müğənniyə qarşı olan hiddəti anlayır: "Hər bir halda təmkinli davranmağın tərəfdarıyam. Nəzərə alaq ki, əksəriyyətin erməni kimi təqdim etdiyi Zara Azərbaycana əlində silah gəlmir. Bakıda ata-babalarının məskəni olan Ermənistanı vəsf edəcək cəsarətdə də ola bilməz. Bakı heç bunun yeri də deyil". Ə. Amaşov xatırladıb ki, Azərbaycan müxtəlif beynəlxalq təşkilatlara üzvdür: "Bu təşkilatlarda Ermənistan da təmsil olunur və dəfələrlə olub ki, həmin təşkilatların xətti ilə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərə erməni nümayəndələr qatılıblar. Hətta erməni jurnalistlərin də Bakıya gəldikləri vaxtlar olub. Nə etməli idik? İmkan verməməliydik?"
Millət vəkili Avropa Oyunları zamanı da ölkəmizə erməni idmançıların gəldiyini qeyd edib: "İdmanın idman, musiqinin musiqi, müharibənin də müharibə yeri var. Biz torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı faktına etiraz ediriksə, bunu səngərdə göstərməliyik. 2016-cı ilin aprel döyüşlərində göstərdiyimiz kimi. Ancaq erməni olduğu deyilən, əslində isə kürd əsilli bir müğənninin Bakıya gəlməsini sanki süngü ilə qarşılamaq zənnimcə doğru yanaşma deyil. Ən xoşagəlməz məqam isə özümüzün olan "Xəzər TV"yə yayımladığı sujetə görə hiddət yağdırmaqla əslində öz içimizdə parçalanma yaratmağımızdır. Bizə kənardan baxırlar. Yenə də bu fikirdəyəm ki, təmkinli olmalı, hər bir etirazı normal qaydada, əsaslandırılmış şəkildə bildirməliyik".
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info