Bolqarıstan KİV-ləri Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında yazıb
Tarix: 27.07.2018 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalı ilə bağlı mövcud vəziyyət, reallıqlar dünya mediasında davamlı olaraq işıqlandırılır. Bolqarıstanın nüfuzlu media qurumları yaxınlarının məzarlarını ziyarət edərkən 2014-cü ildə qanunsuz həbs olunmuş azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqlarından yazıb.


“Dağlıq Qarabağda həbs olunmuş azərbaycanlılar üçün azadlıq tələb olunur’’

19 iyul 2018-ci il tarixində Bolqarıstanın aparıcı KİV-lərindən olan “Standart” qəzetində “Dağlıq Qarabağda həbs olunmuş azərbaycanlılar üçün azadlıq tələb olunur’’ başlığı ilə xəbər dərc olunub. Xəbərdə 1993-cü ildə doğma torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində məcburi köçkünə dönmüş D.Əsgərov və Ş.Quliyevin 2014-cü ildə öz ata-baba yurdlarını ziyarət edərkən Ermənistan əsgərləri tərəfindən əsir götürüldükləri, digər Azərbaycan vətəndaşı Həsən Həsənovun isə öldürüldüyü qeyd olunub. 2016-cı ildə D.Əsgərov və Ş.Quliyevin hüquqlarının müdafiə komitəsinin yaradıldığı bildirilərək məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Rusiya prezidenti və bu dövlətin Azərbaycandakı səfirinə müraciətlərin edildiyi vurğulanıb.
2017-ci ildə Ukraynanın Milli Qəhrəmanı və deputat Nadejda Savçenkonun D.Əsgərov və Ş.Quliyevə dəstək bəyanatının yayması və beynəlxalq səviyyədə müdafiəsinə qoşulacağını bildirməsi barədə məlumat verilərək D.Əsgərovun oğlu Kürdoğlu Əsgərovun 11-12 sentyabr 2017-ci il tarixində Varşavada ATƏT-in insan haqları ilə bağlı sammitində iştirakına yer verilib. Sonda onların azad olunması istiqamətində AR XİN-in səylərinə toxunulmuş və “Facebook” və “Twitter” sosial şəbəkələrində #freedilgam və #freeshahbaz həştəqlərindən istifadə olunmaqla D.Əsgərov və Ş.Quliyevə yardım göstərilə bilinəcəyi öz əksini tapıb. Sözügedən xəbər, həmçinin 23 iyul 2018-ci il tarixində “Standart” qəzetinin rəsmi internet səhifəsində elektron variantda da yerləşdirilib:
http://www.standartnews.com/svyat/iskat_svoboda_za_pleneni_v_nagorni_karabah_azeri-373974.html.
22 iyul 2018-ci il tarixində isə Bolqarıstanın nüfuzlu “Focus” xəbər agentliyinin internet səhifəsində “Azərbaycan səfirliyi: Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətin D.Əsgərov və Ş.Quliyevin taleyinə biganə qalmayacağına ümid edir” adı altında xəbər dərc olunub. Xəbərdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma torpaqlarını və valideynlərinin məzarlarını ziyarət edən azərbaycanlı mülki şəxslər D.Əsgərov və Ş.Quliyevin girov götürülməsinin, H.Həsənovun isə qətlə yetirilməsinin cari ilin 11 iyul tarixində 4 ilinin tamam olduğu bildirilib.
Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz separatçı qurum tərəfindən uydurulmuş cinayət işi əsasında D.Əsgərovun “ömürlük”, Ş.Quliyev isə “22 illik azadlıqdan məhrum edildiyi” ifadə olunan xəbərdə D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsdən əvvəlki və sonrakı görüntülərinin onların erməni girovluğunda qeyri-insani rəftara məruz qalmalarını sübuta yetirdiyi ifadələrinə yer verilib. Girov götürülməni qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyalarının müddəalarına zidd olaraq, Ermənistan tərəfinin beynəlxalq səviyyədə götürdüyü öhdəlikləri kobud şəkildə pozmaqda davam etdiyi təsbit olunmuş xəbərdə humanitar hüquq normalarına əməl olunmasına və mülki şəxslərin azad edilməsinə dair Azərbaycan tərəfinin çağırışlarına məhəl qoyulmadığı vurğulanıb.
Xəbərdə D.Əsgərov və Ş.Quliyev 1993-cü ildən bəri öz doğma torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi nəticəsində məcburi köçkün həyatı yaşadığı, 20 ildən çox davam edən vətən həsrətinin onları işğal edilmiş torpaqları ziyarətə sövq etdiyi və onların öz doğma evlərini və valideynlərinin qəbrini görmək istəkləri ifadələrinə yer verilib. Daha sonra D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsi və Ermənistanın onları azad etməkdən imtina etməsinin girovların yaxınlarının böyük üzüntüsünə, Azərbaycan ictimaiyyətinin isə haqlı qəzəbinə səbəb olduğu vurğulanıb.
Azərbaycan tərəfinin mövqeyi olaraq Ermənistanın bu qeyri-humanist və qeyri-konstruktiv mövqeyinin münaqişənin sülh və danışıqlar yolu ilə həllini daha da çətinləşdirdiyi qeyd olunub. D.Əsgərov və Ş.Quliyevin girovluqda saxlanılmasının təcavüzün və işğalın nəticələrini möhkəmləndirməyə hədəflənmiş məqsədyönlü və etnik təmizləmə, eyni zamanda yüz minlərlə azərbaycanlının güclə qovulduqları evlərinə qayıtmaq hüququnun, onların yaşamaq, azadlıq və təhlükəsizlik hüququnun qarşısının alınması siyasətinin açıq nümayişi olduğu xəbərdə öz əksini tapıb.
Sonda Azərbaycan tərəfinin beynəlxalq ictimaiyyətin girovluqda müxtəlif xəstəliklərə düçar olmuş D.Əsgərov və Ş.Quliyevin taleyinə biganə qalmayacağına və bu günahsız insanların dərhal azad edilməsi və öz ailələrinə qovuşması üçün Ermənistana təsir göstərəcəyinə ümid etdiyi vurğulanıb.

Qəzalı binalarda məskunlaşmış məcburi köçkünlərlə görüş keçirilib
Onu da qeyd edək ki, münaqişədən zərər çəkən bütün vətəndaşlar dövlətin diqqətin-dədir. Ölkə başçısı tərəfindən məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu sahədə tədbirlər həyata keçirməyə davam edir.
Komitədən bildiriblər ki, iyulun 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Suraxanı rayonunun müxtəlif ərazilərində yerləşən 3 qəzalı binada məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların məskunlaşma vəziyyəti və yaşayış şəraiti ilə tanış olub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun da iştirak etdiyi görüşdə bildirilib ki, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Onların sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatı ilə bağlı tədbirlər həyata keçirilir. Qeyd edilib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva paytaxtda ən qəzalı, ən ağır vəziyyətdə olan binalarda yaşayan məcburi köçkün ailələrinin yeni binalara köçürülməsi barədə tapşırıq verib və bu tapşırığın icrası istiqamətində məqsədyönlü iş aparılır.
Dövlət komitəsinin sədri Suraxanı rayonunda qəzalı binalarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərini dinləyib, suallar cavablandırılıb.
Görüşdə iştirak edən məcburi köçkünlərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
Qeyd edilib ki, digər şəhər və rayonlarda da bu cür görüşlərin keçirilməsi nəzərdə tutulub.

Laçınlı məcburi köçkünlərin qaz, içməli su və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılır
Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Taxtakörpü ərazisində infrastruktur və kommunal xidmətlərin inkişaf etdirilməsinə diqqət artırılır, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması üçün lazımi tədbirlər görülür. Laçın Rayon İcra Hakimiyyətindən bildiriblər ki, Prezident İlham Əliyevin 2018-ci il 5 mart tarixli Sərəncamına uyğun olaraq, laçınlı məcburi köçkünlərin Taxtakörpü ərazisində məskunlaşdıqları Qayğı qəsəbəsinin qazlaşdırılması işləri başa çatmaq üzrədir. Qəsəbədə qaz xətlərinin çəkilişinə may ayından start verilib. Qəsəbənin qazla təmin olunması üçün 2700 metr daşıyıcı, 3200 metr paylayıcı xətlər çəkilib. Hər bir abonent sayğac və qaztənzimləyici ilə təmin olunub. Hazırda mənzillərdə qaz sobalarının quraşdırılmasına başlanılıb. Tezliklə qəsəbə sakinləri “mavi yanacaq”dan istifadə edə biləcəklər.
Bundan başqa, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Prezidentin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən, respublikanın 13 rayonunun, ümumilikdə, 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsinin, o cümlədən laçınlı məcburi köçkünlərin məskunlaşdıqları 552 saylı qəsəbənin içməli su ilə təminatı yaxşılaşdırılacaq. Artıq Ağcabədidən 8426 metr uzunluğunda polietilen boru ilə magistral su xəttinin çəkilişi başa çatıb. Ağcabədi rayonunun Muğanlı kəndində qazılmış subartezian quyularından gələn su şəbəkəyə qoşulduqdan sonra qəsəbə əhalisi keyfiyyətli içməli su ilə təmin olunacaq. Bundan başqa, cari ildə əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə Mişni nasos stansiyasında təmir işləri aparılıb, Mişni-Mayis, Taxtakörpü-Qarakeçdi, Kür çayı-Mişni magistral su xətlərinin 60 paqonmetr hissəsi yenisi ilə əvəz olunub, obalarda və qəsəbələrdə daxili su xətləri təmir edilib. 37 ailəlik qəsəbədə istismar müddəti başa çatmış metal borular polipropilen boru ilə əvəzlənib, bütün abonentlər sayğacla təmin olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Ağbulaq, Sadınlar və Fingə obalarında 256 ailənin içməli su ilə təminatının yaxşılaşdırılması üçün modul tipli sutəmizləyici qurğular quraşdırılaraq istifadəyə verilib. Taxtakörpü ərazisində məskunlaşmış köçkün ailələrinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün tədbirlər də davam etdirilir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”
14.09.2018
İspaniya mediası: “BMT qətnamələrinə uyğun olaraq Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərini tərk etməlidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info