KİVDF və “Azərenerji” jurnalistləri mükafatlandırdı
Tarix: 27.07.2018 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və "Azərenerji" ASC-nin birgə təşkil etdikləri "Azərenerji ASC: tarixi inkişaf yolu və strateji hədəflərə doğru" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, "Azərenerji" ASC-nin prezidentinin müşaviri, AMEA-nın akademiki Arif Həşimov, Səhmdar Cəmiyyətin məsul vəzifəli şəxsləri, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan icraçı direktor Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2009-cu ilin aprelində ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə yaradıldığını xatırladıb. İcraçı direktor Fondun ötən 9 ildə ölkədə fikir, söz və məlumat azadlıqlarının inkişaf etdirilməsinə, çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, eləcə də sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı layihələr həyata keçirdiyini bildirib.
Vüqar Səfərli mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edən tədbirlərin, eləcə də birgə fərdi yazı müsabiqələrinin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. İcraçı direktor, həmçinin bildirib ki, "Azərenerji" ASC ilə birgə keçirilən müsabiqənin məqsədi Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin davamlı olaraq təmin edilməsi, mövcud resurslardan səmərəli istifadə olunması və elektrik enerjisinə artan tələbatın ödənilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi ilə əlaqədar reallaşdırılan tədbirlərin, habelə ölkənin sosial-iqtisadi inkişafında elektrik enerjisinin yeri və rolunun ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
İcraçı direktor, yekun nəticələrə əsasən, yazı müəlliflərindən 6 nəfərinin əsas, 10 nəfərinin həvəsləndirici mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb. İcraçı direktor müsabiqəyə sənəd verən, lakin qaliblər sırasına düşməyən müsabiqə iştirakçılarının da diqqətdən kənarda qalmadığını, "Azərenerji" ASC-nin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən, onların mükafatlandırılacağını bildirib.
Tədbirdə çıxış edən "Azərenerji" ASC-nin prezidentinin müşaviri akademik Arif Həşimov media nümayəndələrini salamlayaraq onlara yaradıcı fəaliyyətlərində uğurlar arzulayıb. O, Fondla birgə keçirilən müsabiqənin kütləvi informasiya vasitələri ilə "Azərenerji" ASC arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Çıxışını davam etdirən Arif Həşimov Azərbaycanda energetika sisteminin tarixi, sovetlər birliyi dövründəki inkişaf yolu və müstəqillik illərində əldə etdiyi uğurlu nəticələrdən söz açıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müstəqil enerji siyasətinin formalaşdırılması istiqamətində bütün zəruri tədbirlərin həyata keçirildiyini, bu sahənin inkişafının daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.
Tədbiri yekunlaşdıran icraçı direktor Vüqar Səfərli media ilə səmərəli əməkdaşlığa görə "Azərenerji" ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib və belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, müsabiqədə “Palitra” qəzetinin iki əməkdaşı da mükafatlandırılıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info