Mobil laboratoriyalar Tovuzda
Tarix: 27.07.2018 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Mobil laboratoriyaların növbəti ünvanı Tovuz rayonu olub. Rayonun bir neçə kəndində fəaliyyət göstərən mobil laboratoriyalar birbaşa olaraq fermerlərin əkin sahələrinə gedib. 30 hektara yaxın meyvə və kartof sahələrində, o cümlədən ayrı-ayrı təsərrüfatlarda analizlər aparılıb, əkin yerlərinin keyfiyyət və münbitliyi ölçülüb. Həmin gün sahələrdə bitkilərin də analizləri aparılıb. Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) “Palitra”ya bildirilib ki, fermerlər torpaqda əkin işlərini görməzdən əvvəl sərmayə qoyacaqları ərazilərin xüsusiyyətlərini, ilk növbədə bu torpaqların keyfiyyət göstəriciləri barədə məlumatları öyrənməlidirlər. Torpağa hansı gübrələrin verilməsinin, hansı aqrokimyəvi tədbirlərin görülməsinin daha optimal olduğunu müəyyənləşdirməlidirlər. Başqa sözlə, torpağa atılan toxumun bol məhsula çevrilməsi üçün ərazi təbii və ya süni yolla suvarılmalı, üzvi, mineral gübrələrlə qidalandırılmalıdır. Bunun üçün Azərbaycanda iri torpaq istifadəçilərinə əlçatan şərait yaradılıb. Fermerlər yerindəcə torpaqlarının keyfiyyətini əvvəlcədən müəyyənləşdirə bilirlər. Prezident İlham Əliyev çıxışlarında da bu məsələyə toxunur, torpaqların keyfiyyətinin müəyyənləşdirilməsi, münbitliyin öyrənilməsi, torpaqlardan səmərəli istifadənin təmin edilməsi istiqamətində müvafiq tapşırıqlar verir. Tapşırıqların icrasına uyğun olaraq, ƏMDK bu sahədəki fəaliyyətini genişləndirib. Komitənin nəzdində fəaliyyət göstərən Stasionar və Mobil Bitki və Torpaq laboratoriyaları vasitəsilə operativ qaydada, vaxt itkisi olmadan birbaşa fermerlərin məşğul olduğu sahələrdə tədqiqatlar aparılır, bu barədə analizlərin nəticələri sifarişçiyə yerində təqdim edilir. Qeyd edək ki, vətəndaşlar əkin məqsədilə torpaqları istifadə etməzdən öncə də mobil laboratoriya xidmətindən istifadə edə bilərlər. Əkin sahələrinə gələn mobil laboratoriyalar torpağın “qida rasionu”nu, onun yararlı olub-olmamasını düzgün müəyyənləşdirib. Torpaq nümunəsi mobil laboratoriyalarda quraşdırılmış modern cihazlar vasitəsilə yerindəcə analiz edilib. Analizlər nəticəsində torpaqların ən vacib göstəriciləri – ümumi humusu, karbonatlığı, quru qalığı, udulmuş əsasları, nəmliyi, temperaturu təyin olunub. İri torpaq istifadəçilərinə təhlillərin cavabını əks etdirən sənədlər təqdim edilib. Mobil laboratoriyalar torpağın münbitliyini, quraqlıq və şoranlaşma dərəcəsini müəyyənləşdirib. Məhsuldarlıqla bağlı düzgün qərarların qəbulu üçün torpaq analiz edilib, onun münbitliyinin artırılması ilə əlaqədar tövsiyələr, təkliflər verilib. Fermerlər yaxşı məhsul almaq üçün lazımi, o cümlədən aqrokimyəvi tədbirlər barədə də operativ məlumat alıblar. Mobil laboratoriyalar əsasında torpaqların üzvi, mineral gübrələrə olan tələbatı müəyyən edilib. Ümumilikdə mobil laboratoriyalar vasitəsilə bir neçə rayonda 20 min hektara yaxın ərazidə tədqiqat işləri aparılıb. Bunun da çox hissəsi pambıq sahələrinin, taxılçılığın, tütünçülüyün, bağçılığın və digər əkin-biçin yerlərinin payına düşür. Qeyd edək ki, indiyədək 2 milyon hektardan çox ərazidə çöl-torpaq tədqiqatı işləri aparılıb və keyfiyyət göstəriciləri müəyyən edilib. Torpaqların Elektron Kadastr Uçot İnformasiya Sistemində 400 min hektara yaxın ərazinin torpaq və şorlaşma xəritələri tərtib edilib. Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların keyfiyyətinin öyrənilməsi məqsədilə təkcə səyyar torpaq laboratoriyasının imkanlarından deyil, həm də Bakıda fəaliyyət göstərən stasionar laboratoriyalardan istifadə etməklə fermerlərə xidmət göstərir. Mobil laboratoriyalardan fərqli olaraq stasionar laboratoriya irimiqyaslı çöl-torpaq tədqiqatı işlərinin yerinə yetirilməsini təmin edir. Səyyar mobil laboratoriyalar isə kiçikhəcmli torpaq sahələrində, o cümlədən bağlarda, üzümlüklərdə və digər ərazilərdə fəaliyyət göstərərək əldə edilən nəticəni tez bir zamanda fermerə təqdim edir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info