Vaşinqton-Avropa ticarət savaşında fasilə
Tarix: 27.07.2018 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Trampla Yunker arasında keçirilən danışıqlarda Avropa İttifaqı bir çox güzəştə razılıq verib

Avropa ABŞ-dan maye təbii qaz alınmasının həcmini artıracaq və amerikalı soya istehsalçıları üçün ticarət maneələrini azaldacaq


“ABŞ və Avropa İttifaqı qarşılıqlı faydalı əlaqələrin yeni mərhələsinə qədəm qoyur.”
“Reuters”in verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə görüşün yekunlarına dair mətbuat konfransında bəyan edib. “Biz bu gün Ağ Evdə münasibətlərimizdə yeni mərhələyə qədəm qoymaq, güclü münasibətlər qurmaq üçün görüşdük” - deyə D.Tramp bildirib. Onun sözlərinə görə, ABŞ və Aİ Ümumdünya Ticarət Təşkilatının islahatı üçün birgə işləyəcək: “Biz həmfikir tərəfdaşlarla çalışaraq Ümumdünya Ticarət Təşkilatında islahat aparmaq və ədalətsiz ticarət təcrübəsi məsələləri, həmçinin intellektual mülkiyyətin oğurlanması, texnologiyanın məcburi köçürülməsi, sənaye subsidiyaları, dövlət müəssisələrinin yaratdığı təhriflər və həddən artıq potensial imkanlarla məşğul olacağıq”.
Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker isə deyib ki, hələ ki, ticarət məsələlərinə dair danışıqlar davam edir, Avropa İttifaqı və ABŞ qarşılıqlı olaraq yeni rüsumların tətbiqindən çəkinəcək: “Biz, həmçinin energetika sahəsində əməkdaşlığı gücləndirməyə qərar verdik”. Görüşdə Tramp Aİ ölkələrindən avtomobil idxalına tariflər tətbiqindən imtina etməyə razılaşıb. Yunker Trampın bu addımını “iri konsessiya” adlandırıb. Tramp və Yunker bildiriblər ki, danışıqlar, həm də Avropa tərəfindən rüsumlar tətbiq edilməsinə cavab kimi, polad və alüminium idxalı üçün Amerikada tariflər məsələsinin “həllinə” yönəldiləcək. Bu, amerikalı metal istehsalçıları üçün Trampın proteksionizm siyasətindən geri çəkilmək olacaq. Tramp deyib ki, Avropa ABŞ-dan maye təbii qaz alınmasının həcmini artırmağa və amerikalı soya istehsalçıları üçün ticarət maneələrini azaltmağa razılaşmaqla, ABŞ fermerlərinə və bu ölkənin enerji sektoruna kömək etmiş olacaq.
ABŞ prezidenti Donald Tramp özünün “Twitter” hesabında qeyd edib ki, əldə edilən razılaşmalara uyğun olaraq Avropa İttifaqı ölkələri ABŞ-la ticarətə açıq olacaqlar: “Sənədlər üzərində iş artıq başlayıb və proses sürətlə gedir. Avropa İttifaqı ölkələri ABŞ-la ticarətə açıq olacaq. Eyni zamanda gördüyümüz işlərdən faydalanacaqlar”. ABŞ prezidenti Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə görüşünü yüksək qiymətləndirib: “Heç kimin gözləmədiyi halda, mühüm irəliləyişə nail olduq”. Qeyd edək ki, ABŞ prezidenti Donald Trаmp Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker ilə danışıqlar zamanı Brüsseldən bir sıra güzəştlər əldə edib. Güzəştlər sırasına ABŞ-ın mayeləşdirilmiş təbii qazın (LNG) ixracının artırılması və ticarət müharibəsinin qarşısının alması üçün sənaye rüsumlarının azaldılması daxildir. Brüssel, ABŞ-dan mayeləşdirilmiş təbii qazın ixracının artırılması, sənaye rüsumlarının aşağı salınması, tibbi məhsullar üzrə standartların uyğunlaşdırılması və soya idxalını artırılmasını nəzərdən keçirməyi qəbul edib.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Kilsə atəşə tutuldu-3 ölü
22.05.2019
Rusiyada terror aktı törətməyə hazırlaşan silahlılar zərərsizləşdirilib
21.05.2019
Norveç Şimal dənizinə neft sızması ehtimalı ilə təhqiqata başlayır
21.05.2019
Vladimir Zelenski Ali Radanın buraxılması barədə fərman imzalayıb
20.05.2019
Madrid və Barselonada metro işçiləri tətil edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info