Türkiyə Universitetləri Məzunları İctimai Birliyindən gənclərə çağırış
Tarix: 19.06.2013 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Beynəlxalq Mətbuat Mərkəzində Türkiyə Universitetləri Məzunları İctimai Birliyi konfrans keçirib.
Birliyin sədri Çingiz Bayramov tədbirin Azərbaycanda qarşıdan gələn prezident seçkilərində qardaş Türkiyədə və digər ölkələrdə təhsil alan tələbə və məzunlar adından Prezident İlham Əliyevin namizədliyini dəstəkləmək məqsədi ilə keçirildiyini bildirib. O, həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycan gənclərinin sovetlər birliyinin nüfuzlu ali məktəblərində təhsil alması ənənəsinin əsasını qoyduğunu və hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatı Musa Qasımlı, TUMİB-in idarə heyətinin üzvü, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Gənc Alimlər, Aspirantlar və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov və başqaları qarşıdan gələn prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəkləri barədə yekdil fikirlərini ifadə ediblər.
Qeyd edilib ki, gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını təmin etmək məqsədi ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul edilməsi Türkiyə və digər xarici ölkələrdə təhsil alan tələbə və məzunlara göstərilən dövlət qayğısının əyani sübutudur. Sonda təşkilat adından bəyanat qəbul olunub, TUMİB prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb: “Daha qüdrətli ölkə, daha güclü dövlət, vahid Azərbaycan naminə Prezident İlham Əliyevi dəstəkləyəcəyimizi bəyan edir, bütün gəncləri bizə qoşulmağa səsləyirik!”




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
12.11.2019
“CinemaPlus”da möhtəşəm “Bayraq Günü”: VİDEO
12.11.2019
Mərdan Camalov Şirvanın icra başçısı vəzifəsindən azad edilib
12.11.2019
Masallıda masalılı jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib
12.11.2019
Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin xatirə günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info