ADTGT rəhbərliyinin Bolqarıstan səfəri uğurla başa çatıb
Tarix: 26.07.2018 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Bolqarıstandan olan tərəfdaşı – “Təhsil üzrə Peşəkar Forum” Assosiasiyası ilə birgə 2018–ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində bu ölkədə bir sıra beynəlxalq tədbir və görüşlər keçirmiş və gələcək əməkdaşlıq istiqamətində müzakirə və danışıqlar aparmışdır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bir həftə müddətində davam edən xarici səfərdə ADTGT sədri, Milli QHT Forumunun vitse-prezidenti Asif Əsgərli və təşkilatın sədr müavini Gülnarə Bağırova iştirak etmişlər.

Səfər çərçivəsində ilk rəsmi göruş Bolqarıstan Gənclər və İdman Nazirliyininin beynəlxalq əlaqələr və Avropa proqramları departamentinin direktoru xanım Viktoriya Raçeva-Slavkova ilə oldu. Bolqarıstanla Azərbaycanın bir çox sahələrdə, o cümlədən, gənclər sahəsəində səmərəli ikitərəfli və çoxtərəfli əməkdaşlıq etdiyini qeyd edən xanım Raçeva-Slavkova hər iki ölkənin gənclər təşkilatları və QHT-nın potensialını yüksək qiymətləndirdi. ADTGT rəhbərliyi Bolqarıstan Gənclər və İdman Nazirliyinin rəsmisinə bu ölkədən olan tərəfdaşları ilə 6 ildən artıq müddətdə əməkdaşlıq etdiklərini və bir çox beynəlxalq layihələrdə birgə uğurlu iştiraklarını bildirdilər. Gələcəkdə bir çox ikitərəfli və eləcədə Avropa Birliyi və Avropa Şurası layihələri istiqamətində əməkdaşlıq və tərəfdaşlığın dərinləşdirilməsi sahəsində razılıq əldə olundu. Sofiya şəhərinin “2018-ci il Avropa İdman Paytaxtı” seçilməsi və Azərbaycanın “Gəncə şəhərinin də 2019-cu il Avopa İdman Şəhəri” statusu almasını nəzərə alaraq, Bolqrıstan paytaxtının təcrübəsindən yararlanaraq, növbəti ildə ölkəmizin 2-ci şəhərində bu sahədə bir çox beynəlxalq layihə və tədbirlərin həyata keçirilməsi barədə fikir mübadiləsi də aparıldı.

Proqrama uyğun növbəti beynəlxalq tədbir hər iki QHT-nin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Azərbaycan müasir Avropanın bir hissəsi kimi” adlı dəyirmi masa – təqdimat oldu. Sofiyada Proqressiv Təhsil İnstitunda keçirilən beynəlxalq tədbirə bu ölkənin QHT rəhbərləri, ictimai fəallar, ekspertlər, universitet müəllimləri və təlim və təhsil üzrə mütəxəssislər qatılmışdılar. Azərbaycan haqda, bu ölkənin qədim tarixi, mədəniyyəti, təbii və iqtisadi potensialı, 100 il bundan oncə Şərqdə ilk demokratik respublika olaraq qurulan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yol və Müasir Azərbaycanın beynəlxalq aləmdə və regionda yeri və rolu, Dağlıq Qarabağ münaqişəsi və həqiqətləri barədə ADTGT sədri Asif Əsgərli geniş təqdimatla məruzə etdi. İştirakçıların böyük diqqət və marağına səbəb olan təqdimat ətrafında Bolqarıstandan olan ekspert və QHT fəalları çıxış edərək, Azərbaycanın bu ölkə ilə strateji tərəfdaşlığına xüsusi önəm verdiklərini vurğuladılar. ADTGT sədr müavini Gülnarə Bağırova Bolqarıstanlı həmkarlarının sual və maraq doğuran fikirlərinə dolğun və ətraflı münasibət bildirdi və onları Azərbaycanın bu ölkədə dəstəkçiləri olmağa səslədi. Tədbirdə eyni zamanda iştirakçılara Azərbaycan haqda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və həqiqətləri barədə kitab, broşur və audio-vizual materiallar paylandı və ölkəmizi tərənnüm edən suvenirlər hədiyyə edildi. Tədbirin sonunda Bolqarıstan QHT-nın rəhbəri Yuriy Andjekarski ADTGT rəhbərliyinə öz hədiyyələrini təqdim etdi.

Səfər çərçivəsində növbəri görüş bu ölkənin Mədəniyyət Nazirliyində oldu. Ölkəmizin zəngin və qədim mədəniyyətə və irsə sahib olduğunu qeyd edən Bolqarıstanlı rəsmi hər iki ölkənin mədəni-humanitar sahədə əməkdaşlığını xüsusi vurğuladı. 2019-cu ildə Bolqarıstanın Plovdiv şəhərinin “Avropa Mədəniyyətinin Paytaxtı” seçilməsini bildirən Bolqarıstan Mədəniyyət Nazirliyinin məsulu gələn il bu şəhərdə Azərbaycan mədəniyyəti ilə də bağlı tədbirlərin keçirilməsi imkanlarını çatdırdı və ölkəmizin hökumət və QHT sektorunun bu istiqamətdə fəaliyyətinə dəstək verə biləcəklərini qeyd etdi.
Bolqarıstan səfərində ADTGT rəhbərliyinin bu ölkənin Sofiya, Plovdiv, Varna və Berkovets şəhərləri, onların tarixi, mədəni yerləri ilə də yaxından tanışlıq imkanları da yarandı.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info