İİTKM növbəti təcrübə proqramını elan edir
Tarix: 27.07.2018 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün təcrübə keçmək imkanı yaradır.
Mərkəzdən bildirilib ki, təcrübə proqramına qoşulmaq üçün qeyd olunan ixtisaslar üzrə (iqtisadiyyat, maliyyə, riyaziyyat, jurnalistika və IT) təhsil alan tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər İİTKM-ə müraciət edə bilərlər.
Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün mövcud olan tələblərə məntiqi və analitik düşünmə qabiliyyəti, xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti, yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir), ünsiyyət və təqdimat bacarığı daxildir.
Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə İİTKM tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcək. Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 12:30 və ya 14:30-18:00) və ödənişsizdir.
Proqrama qoşulmaq istəyənlərdən avqustun 24-dək intern@ereforms.org ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya qeydiyyatdan keçmələri xahiş olunur. Yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info