“Bakı Ali Neft Məktəbi ölkənin ən nüfuzlu universitetidir”
Tarix: 27.07.2018 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Müsahibimiz qəbul imtahanlarında 700 bal toplamış Xəyal Fərzəliyevdir:

- Xəyal, özünüz haqda bir az danışın.
- Mən, Fərzəliyev Xəyal Vüqar oğlu Şamaxı rayonunun I Çaylı kəndində anadan olmuşam. 2007-ci ildə Xəzər rayonu 181 saylı orta məktəbdə birinci sinfə getmişəm. 2014-cü ildə Fizika-riyaziyyat və İnformatika təmayüllü Respublika liseyinə daxil olmuşam. 2017-ci il Respublika Fənn Olimpiadalarının medalçısı olmuşam. 11-ci sinfi qırmızı attestat və qızıl medalla bitirmişəm.
- Qəbul imtahanında göstərdiyiniz uğura görə kimə təşəkkür edərdiz?
- Bu uğuruma görə valideynlərimə və əməyi keçən bütün müəllimlərə təşəkkür edirəm.
- Niyə I qrupa üstünlük vermisiz?
- Çünki dəqiq elmlərə uşaqlıqdan marağım daha çox olub. Bu sahə mənə daha asan və maraqlı gəlirdi.
- Xəyal, ali məktəblər arasında niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiz?
- BANM Azərbaycan universitetləri arasında qısa vaxt ərzində özünə böyük nüfuz qazanıb. O hazırda ölkənin ən nüfuzlu universitetidir. Bu universitetdə təhsil almaq üçün çox gözəl şərait yaradılmış və müasir avadanlıqlarla təmin olunmuşdur. Tələbələr həm də burada asudə vaxtlarını səmərəli keçirə bilərlər.
- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?
- Boş vaxtım olanda bədii ədəbiyyat oxuyuram, musiqi dinləyirəm. Ucadan şeir deməkdən xüsusi zövq alıram.
- Bəs BANM-də hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?
- Mən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçdim. Səbəbi isə çox prestijli sahə olmasıdır. Həm də, bu sahədə ölkəmə daha çox xeyir verə biləcəyimi fikirləşdim.
- Sizcə, müasir dövrdə parlaq gələcəyi olan ixtisaslar hansıdır?
-Bir çox sahələr var ki, onlar hər zaman öz aktuallığını qoruyur: hüquq, tibb və müəllimlik. Lakin, məncə, kompüter və avtomatlaşdırma mühəndisliyi müasir dövrdə vacib və gələcəyi parlaq olan ixtisaslardır.
- Hansı xüsusiyyətiniz sizi digərlərindən fərqləndirə bilər?
-Deyə bilmərəm, bunu zaman göstərəcək.
-BANM-i bitirdikdən sonra planlarınız nədir?
-BANM-i bitirdikdən sonra xarici universitetlərin birində magistratura təhsili almağı düşünürəm.
- Gələcəkdə özünüzü hansı vəzifədə və hansı şirkətdə görmək istəyirsiz?
-Məncə, bu barədə danışmaq hələ tezdir.
- Ən çox hansı fənni və nə üçün sevmisiz?
-Ən çox Riyaziyyat fənnini sevirəm. Bəlkə də, dəqiqliyinə görə.
- Sizcə, bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?
-Uğur əldə etmək üçün, ilk növbədə hədəf və mübarizə əzmi lazımdır. Və bu uzun prosesdə həmişə yanınızda sizə dəstək verən insanlar olmalıdır.
-Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiz?
-Abituriyentlərə yox, daha çox şagirdlərə məsləhət görərdim ki, oxumağa sonuncu illərdə deyil, daha əvvəldən başlasınlar. Əzbərçiliyə deyil, məntiqi düşüncəyə daha çox üstünlük versinlər. Ən əsası isə, imtahanlara özlərini psixoloji cəhətdən yaxşı hazırlasınlar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
15.01.2019
Azərbaycan Sənaye Korporasiyasının fəaliyyətinin əsas məqsədi istehsal potensialının gücləndirilməsinə nail olmaqdır
15.01.2019
İran regionda təhlükəsizlik və sabitliyin daha da artması üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazırdır
14.01.2019
“Azərbaycan Ermənistanı regionda təcrid vəziyyətə salıb”
12.01.2019
Avropa parlamentləri Ermənistanın “konyak diplomatiyası“nda adı keçən siyasətçilərin fəaliyyətlərini ifşa edən araşdırmalar aparmalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info