Əli Abbasov Şəkidə vətəndaşları qəbul edib
Tarix: 19.06.2013 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şəkidə bu rayondan, eləcə də Balakən, Zaqatala Qax, Oğuz, Qəbələ rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edib.
Şəki Telekommunikasiya Qovşağının konfrans zalında nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı bu bölgədən olan vətəndaşların şikayət və müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, müraciətlərin bəziləri yerindəcə həllini tapıb.
Qəbuldan sonra nazir Əli Abbasov jurnalistlərə bildirib ki, müraciətlərdən 3-ü münasib işlə təmin olunmalarına kömək göstərilməsi ilə bağlı olub. Nazir vurğulayıb ki, son illər yeni iş yerlərinin açılması bölgələrdə də sürətləndiyi üçün belə problemlərin həlli artıq çətinlik törətmir. Hər üç vətəndaşın müraciəti müsbət həll edilib. Müraciətlərin bir neçəsi ucqar kəndlərdə mövcud rabitə problemləri ilə bağlı olub. Nazir bildirib ki, artıq ən ucqar kəndlərdə də əhalinin internet xidmətlərindən yararlanmaq istəməsi sevindirici haldır. Qəbul zamanı bir neçə valideyn isə ali məktəblərdə təhsil alan övladlarının təhsil xərclərinin ödənilməsinə kömək göstərilməsini xahiş edib. Bu müraciətlər də demək olar ki, müsbət həllini tapıb. Əli Abbasov vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlərinin də qeydiyyata alınaraq müvafiq qurumlara göndəriləcəyini diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info