Tarmenxan Babayev Avropa birinciliyinin qalibi olub
Tarix: 29.07.2018 | Saat: 02:33:00 | E-mail | Çapa göndər



İtaliyada keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, 40-dək ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının daha bir üzvü Tarmenxan Babayev mübarizəyə qoşulub. O, yaşı 17-dək oğlanların 94 kiloqram çəki dərəcəsində yarışında qüvvəsini sınayıb.
Ötən il Kosovoda altı Avropa rekordunu yeniləyərək çempion olan idmançımız bu dəfə də uğurunu təkrarlayıb.
Körpücük üzərinə çıxan atletimiz birdən qaldırma hərəkətində 145 kiloqram nəticə göstərərək gümüş medala yiyələnib. Təkanla qaldırmada 180 kiloqram nəticə göstərən təmsilçimiz bu hərəkətdə bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib.
T.Babayev toplam 325 kiloqram (145+180) nəticə ilə 94 kiloqram çəki dərəcəsində yekun sıralamada birinci yeri tutub və Avropa birinciliyinin ikiqat qalibi olub.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info