Koçaryanın komandası Paşinyanı ittiham edir
Tarix: 29.07.2018 | Saat: 02:40:00 | E-mail | Çapa göndər



“Robert Köçəryan qanunsuz olaraq həbs olunub, ona qarşı irəli sürülən cinayət işi qanunsuzdur və bütün bunların Ermənistanın qanunlarına heç bir aidiyyəti yoxdur. Ona görə də biz məhdudlaşdırma tədbirinin dəyişdirilərək Koçaryanın azad edilməsini tələb edirik”.
Bu fikirləri Koçaryanın ofis rəhbəri Viktor Soqomonyan ikinci prezidentin vəkillərinin iştirakı ilə keçirdiyi mətbuat konfransında bildirib.
Liderinə qarşı siyasi və şəxsi repressiyalar aparıldığını iddia edən Soqomonyan “Artıq 10 ildir ki, Robert Koçaryanın təqsiri haqqında yalanları yayan kimlərdir?”-deyə ritorik bir sualla zalda oturanlara müraciət edib: “Bunlar hamıya məlum olan faktlardır. Lakin bizə ancaq bunları yayan Beriyanın kimliyini öyrənmək qalır və biz mütləq onu tapıb cəzalandıracağıq. Biz təqaüdçü prezidentə qarşı göstərilən şəxsi və siyasi təzyiqlərlə razılaşmayacağıq. Prezident azad ediləcək və onun qanunsuz təqibçiləri cəzalandırılacaqlar”.
Maraqlıdır ki, Koçaryan ofisinin müxalifət kimi ilk debütünü “uğurlu” adlandıran “1in.am” saytı ofisin yaxın günlərdə əksinqilabdan intiqam alacağını istisna etmir. Saytın yazdığına görə, belə görünür ki, Koçaryan ofisi çox yaxın zaman kəsiyində Ermənistandakı məxməri inqilaba qarşı olanları maqnit kimi öz ətrafına çəkəcək. Bununla belə, sayt Koçaryan və onun ofis üzvlərinin siyasətinin yalan və terror üzərində quruldugunu bildirir: “Bugünkü mətbuat konfransına əsasən, siyasi statusdakı dəyişiklik heç bir şəkildə ikinci prezidentin ofisinin məzmununa təsir etməyib”.
Daha sonra Soqomonyanı hiyləgərlikdə ittiham edən sayt onu 10 ildir ki, Robert Koçaryanın günahı ilə bağlı yalan danışmaqda suçlayır: “Cəmiyyət 10 il deyil, 20 ildir ki, həm Robert Koçaryandan, həm də ondan sonra Ermənistanda hakimiyyətə gələn varisindən ölkədə hüquq və ədalətin bərpa edilməsini tələb edirdilər. Lakin Koçaryan onlara nə verdi? O, hakimiyyətdə olduğu müddətdə Ermənistanın fəal seqmentinin hüquqi baza istəyinə həbslərlə cavab verdi. Qeyd edilməlidir ki, həmin aqibəti 27 oktyabrda terror hücumunun açılmasını istəyənlər də yaşadı. Ona görə də, Koçaryan ofisi rəhbərinin təhdidləri, onun “satqın Beriya” axtarışına çıxması şox gülünc görünür”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info