Paşinyan: “Ruslar bizdən üzr istədi”
Tarix: 29.07.2018 | Saat: 22:01:00 | E-mail | Çapa göndər



Ötən gün "Əl-Cəzirə" televiziyasına verdiyi müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan Panik kəndində baş verən hadisə ilə bağlı istintaq başlandığını bildirib: "Rusiyanın hərbi bazasının rəhbərliyi bu hadisə ilə bağlı bizdən üzr istədi. Mən də dedim ki, bu, Ermənistan-Rusiya münasibətlərinə, Ermənistanın “müstəqilliyinə və suverenliyinə” qarşı təxribatdı”.
Bəli. məhz Ermənistanın “müstəqilliyinə və suverenliyinə” qarşı. Yəqin televiziya əməkdaşının istehza ilə müşayət edilən baxışlarındakı təəccübü sezən siyasət dəllallarının əlində tarixi oyuncağa çevrilən Paşinyan özünü sındırmır: “Ermənistanın suverenliyi və müstəqilliyi baxımından Rusiya bazasına gəlincə, mövcud beynəlxalq əlaqələrdə bir çox ölkələr bir-birinə bağlıdırlar”-deyən erməni baş nazir: "Mütləq müstəqillik yoxdur, çünki bütün ölkələr bir-birilə çox sıx bağlıdırlar”-deyə əlavə edib.
Deyilənə görə, tarixən heç nəyi olmayan insanlar və ya xalqlar bunu özgələrindən əldə etməyə çalışırlar. Bunu ermənilərin əməllərində daha aydın görmək olar. Ona görə də onlar tarixən həyatda özlərini ancaq yalan, yaltaqlıq və ya terror nəticəsində qorumağa çalışıblar.
Ötən əsrin əvvəllərində “bizdə riyakarlıq ana bətnində olarkən yaranır" yazan erməni şair Eqişe Çarens bununla öz xalqının iç üzünü, onun xainlik və saxtakarlıqla dolu olan daxili dünyasını ortaya qoyub. Unutmaq lazım deyil ki, Nikol Paşinyan da onlardan biridir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info