“Rambler.ru": “Koçaryanı 15 ilədək həbs cəzası gözləyir"
Tarix: 30.07.2018 | Saat: 02:20:00 | E-mail | Çapa göndər



Rusiyanın “Rambler.ru" saytı Ermənistandakı son yaşantılarla bağlı məqalə dərc edib. Ermənistan Xüsusi İstintaq Xidmətinin KTMT baş katibi Yuri Xaçaturova qarşı irəli sürülən ittihamı sayt Paşinyanın Rusiyaya qarşı kəskin bir addımı kimi dəyərləndirir.

Qeyd edilməlidir ki, Ermənistanın İstintaq Xidməti konstitusiya nizamının devrilməsində ittiham olunan Xaçaturovun həbsinə icazə vermək üçün artıq məhkəməyə müraciət edib.
Maraqlıdır ki, bənzər ittiham keçmiş Ermənistan prezidenti Robert Koçaryana da təqdim olunub. Ermənistanın Cinayət Məcəlləsinə əsasən, Koçaryan və Xaçaturovu 15 ilədək həbs cəzası gözləyir. Xatırladaq ki, hazırda ölkədən qaçan Mikael Arutyunyanı da həmkarlarının aqibəti gözləyir.
Yaddaş üçün xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda keçirilmiş prezident seçkilərində Serj Sarkisyanın saxta seçkisinə qarşı çıxan Levon Ter-Petrosyanın rəhbərlik etdiyi erməni müxalifətinin İrəvanın mərkəzində keçirdiyi mitinq hüquq-mühafizə orqanları və Xaçaturovun əmr etdiyi qarnizon tərəfindən dağıdılıb. Nəticədə 10 nəfər ölüb, təxminən 200 nəfər yaralanıb. Onu da xatırladaq ki, Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan həmin ərəfədə Ter-Petrosyanın təşkil etdiyi etiraz aksiyalarının fəal iştirakçılardan biri idi. Sonradan kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunan Paşinyan 7 il həbs cəzasına məhkum edilsə də, 2011-ci ilin mayında amnistiya üzrə vaxtından əvvəl azad edildi. Qeyd edilməlidir ki, Paşinyan hazırkı baş nazir vəifəsinə də Ermənistandakı etirazlar sayəsində nail olub. İndi isə onun əvvəlki erməni səlahiyyətlilərinə qarşı aqressiv hərəkətlərini, çoxları, bir növ, “Paşinyanın intiqamı” kimi dəyərləndirirlər.
Erməni politoloq, Qafqaz İnstitutunun elmi işçisi Qrant Mikaelyan Paşinyanın son hərəkətlərinin buna hesablandığını istisna etməsə də, amma Xaçaturovun həbsə salınmasını o qədər də inandırıcı saymır: "İndi Ermənistanda hakimiyyət dəyişib. Vaxtilə məğlub duruma düşən Paşinyan hazırda qalibdir. Görünür, o indiki cəlahiyyətindən yararlanmağa çalışır və vaxtilə onu həbsxanaya göndərənləri indi o həbsxanaya göndərmək istəyir".
Hazırda Ermənistanda baş verənləri yeni baş nazir Nikol Paşinyanın antirusiya siyasətinin bir hissəsi kimi dəyərləndirən Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov da Xaçaturovun azadlıqda qalacağına əmindir. Markova görə, "Paşinyanın Rusiya ilə qarşılıqlı əməkdaşlıq siyasətini davam etdirmək barədə dedikləri doğru deyil. O, Rusiya ilə bağlı dostluq haqqında ehtiraslı danışsa da, Moskvaya yönəlmiş siyasətçiləri təqib edir. Məhz bu mənada onun KTMT rəsmisinə qarşı hərəkətləri Rusiya rəhbərliyi ilə pis münasibətlərin təzahürüdür”.
Markovun sözlərinə görə, əgər İrəvan Moskva ilə münasibətləri inkişaf etdirmək istəsəydi, o halda Paşinyan Xaçaturovla bağlı məsələnin belə rezonans doğurmasına imkan verməzdi və məsələni Kremllə birgə nəzərdən keçirə bilərdilər. Paşinyan hökumətində vəzifəyə təyin olunanların əksəriyyətinin ABŞ və Avropa Birliyinin maliyyə dəstəyi ilə müxtəlif QHT-lərdə çalışmış şəxslər olduğunu xatırladan rusiyalı siyasətçi “Məhz onların təsiri ilə Paşinyan Rusiya ilə münasibətləri pozmağa başlayıb”-deyə bildirib.
Xaçaturovun “həbsinin” təşkilatın (KTMT nəzərdə tutulur) fəaliyyətinə təsir etməyəcəyini və təşkilatın bundan sonra da tam şəkildə fəaliyyətini davam etdirəcəyinə əminliyini ifadə edən Markov "Paşinyanın siyasəti kədərli bir faktdır. Biz onunla əlaqələri yenidən nəzərdən keçirməliyik. Yaxşı ki, Rusiyanın Ermənistanla bağlı həyati maraqları yoxdur. Ona görə də, mən bunu əminliklə deyirəm: əgər sabah Paşinyan ABŞ qoşunlarını Ermənistana dəvət etsə də, bu Rusiyanın maraqlarına elə də güclü bir zərbə olmayacaq”-deyə bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Qazaxıstanda prezident seçkilərində ilk dəfə qadının namizədliyi irəli sürülüb
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”
23.04.2019
Paşinyan sürücüsünün qohumunu gömrük direktoru təyin edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info