“Dünyaca məşhur soydaşlarımız Prezident İlham Əliyevin yanındadır”
Tarix: 19.06.2013 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Mais Səfərli: “Azərbaycanın daxilində olduğu kimi, kənarda yaşayan tanınmış simalarımızın böyük əksəriyyəti birmənalı olaraq Prezident İlham Əliyevi dəstəkləyir”

Xəbər verildiyi kimi, Azərbaycan Milli Sülh Komitəsinin plenum iclası keçirilib. Komitədən verilən məlumata görə, Milli Sülh Komitəsinin sədri, Xalq yazıçısı Maqsud İbrahimbəyovun sədrliyi ilə keçirilən iclasda 2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri də müzakirə olunub. Milli Sülh Komitəsi seçkilərdə dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməklə bağlı qərar verib.

Bu isə təsadüfi deyil. Belə ki, Azərbaycanın dünyaca tanınmış məşhur simaları, intellektualları və xarici ölkələrdə yaşayan ziyalı insanlarımız İlham Əliyevə dəstək verməklə milli və müstəqil inkişaf strategiyasına, milli maraqlara söykənən siyasətə dəstək vermiş olurlar. Onu da xatırladaq ki, az öncə Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı, Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov da Prezident İlham Əliyevi birmənalı şəkildə dəstəklədiyini qəti şəkildə bildirmişdi... Yurddaş Partiyasının sədri Mais Səfərli “Palitra”ya açıqlamasında qeyd etdi ki, Maqsud İbrahimbəyov vətənini sevən və onun bütün uğurlarına sevinən çox gözəl bir ziyalıdır: “O, insani və ziyalı keyfiyyətləri ilə fərqlənən bir azərbaycanlı ziyalı, yaradıcı simadır. Onunla bir vaxtda millət vəkili olduğum üçün yaxşı tanıyıram. Maqsud İbrahimbəyov həm də Azərbaycanın milli və dövlətçilik maraqlarını prinsipial şəkildə qoruyan, bəzilərindən fərqli olaraq ölkəmizin maraqlarını kimsəyə və heç nəyə satmayan bir nəcib insandır. Ona görə də Maqsud İbrahimbəyov həmişə Azərbaycanın müstəqil milli inkişafını təmin edən və ölkəmizin milli maraqlar əsasında tərəqqisini reallaşdıran Prezident İlham Əliyevi dəstəkləyib. Təkcə Maqsud İbrahimbəyov yox, Azərbaycanın daxilində olduğu kimi, Azərbaycandan kənarda yaşayan azərbaycanlıların, xüsusilə də elitar soydaşlarımız, dünyaca məşhur insanlarımızın, yaradıcı ziyalılarımızın böyük əksəriyyəti birmənalı olaraq Prezident İlham Əliyevi dəstəkləyir. Prezidenti bu seçkidə də xalqla yanaşı, Azərbaycanın ən görkəmli ziyalıları dəstəkləyirlər. Bu gün həmin dünyaca məşhur soydaşlarımız Prezident İlham Əliyevin yanında olduqlarını qürurla bildirirlər. Çünki onlar Prezident İlham Əliyevin dövlət başçısı kimi onillik fəaliyyəti dövründə ölkəmizin bütün sahələr üzrə ən yüksək nailiyyətlərə imza atdığını, beynəlxalq arenada nüfuzunun on dəfələrlə artdığını, Azərbaycanın güclü iqtisadi, sosial qüdrətə çatdığını gözəl bilirlər. Onlar yaşadıqları ölkələrdə də KİV-dən Azərbaycanın müxtəlif sahələr üzrə ciddi uğurlar qazandığı, dünyanın bir çox dövlətlərini geridə buraxdığı barədə intensiv informasiyalar alırlar. Özləri də vətənə gələndə inkişaf fərqinin əyani şəkildə şahidi olurlar. Ona görə də on il ərzində bütün bu uğur və tərəqqinin müəllifi olan Prezident İlham Əliyevi dəstəkləməyin alternativi olmadığına bir daha əmin olurlar”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib
19.03.2019
Ağcabədidə şəhid ailələrinə bayram sovqatı paylanılıb
19.03.2019
Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu
19.03.2019
Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
19.03.2019
Bu gün ilaxır – Torpaq çərşənbəsidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Yuliya Naçalova vəfat edib
5 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info