Azərbaycanın BƏƏ-nin rezident vizasına olan etibarı yüksək qiymətləndirilir
Tarix: 30.07.2018 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərində daimi yaşayış icazəsi olan əcnəbilərə iyulun 26-dan etibarən Azərbaycanın beynəlxalq statuslu hava limanlarında viza rəsmiləşdirilməsinə başlanılıb.
Bu barədə Azərbaycanın BƏƏ-dəki səfirliyi iyulun 26-da BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinə rəsmi məlumat təqdim edib, həmçinin həmin gün Azərbaycana birbaşa uçuşlar həyata keçirən hava yolları və BƏƏ-nin böyük turizm şirkətləri bununla bağlı sosial şəbəkələrdəki səhifələrində elan yerləşdiriblər.
Məlum olduğu kimi, Azərbaycan son illərdə ərəb ölkələri və xüsusən Birləşmiş Ərəb Əmirliklərindən olan turistlər arasında ən populyar turistik istiqamətə çevrilib. Xüsusən yay aylarında və Qurban bayramı ərzində bu ölkədən Azərbaycana turist axını daha da güclənir. Düzdür, BƏƏ vətəndaşları və onları müşayiət edən ölkə rezidentləri Azərbaycana gəldikdə viza ala bilirdilər. Lakin “ASAN viza” sistemi vasitəsilə viza alan bir sıra ölkələrin vətəndaşları istisna olmaqla, digər ölkə vətəndaşları Azərbaycanın BƏƏ-dəki səfirliyi və baş konsulluğuna viza üçün müraciət etməli olurdu. Bu dəyişiklikdən sonra şübhəsiz ki, BƏƏ ilə Azərbaycan arasında turist mübadiləsi daha da artacaq.
Qeyd edək ki, dəyişiklik barədə xəbər BƏƏ ictimaiyyəti tərəfindən gözləniləndən artıq sevinclə qarşılanıb. Xəbər paylaşılandan sonra cəmi iki istirahət günü ərzində təkcə səfirliyin “Facebook” səhifəsindən elanın 100-ə yaxın paylaşımı olub, sosial mediada ən çox müzakirə olunan xəbərlərdən birinə çevrilib, Azərbaycanın BƏƏ-nin rezident vizasına olan etibarı yüksək qiymətləndirilir. Səfirliyin elektron poçt, sosial şəbəkələrdəki səhifələrinin məktub qutusuna və həmçinin telefon vasitəsilə yüzlərlə dəqiqləşdirici müraciətlər daxil olub.
Azərbaycan tərəfindən BƏƏ-yə münasibətdə tətbiq olunan bu dəyişiklik yerli mətbuatda da geniş işıqlandırılıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info