“Azərişıq” jurnalistlər üçün mediatur təşkil edib
Tarix: 30.07.2018 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığı ilə bir qrup media nümayəndəsi, Mingəçevir, Gəncə, Goranboy, Göygöy rayonlarına səfər ediblər.
Səfərdə məqsəd rayonlarda qurulan yarımstansiyaların fəaliyyəti ilə həmçinin “Azərişıq”  ASC-nin bu sahədə gördüyü işlərlə yaxından tanış olmaq olub.
Belə ki, media nümayəndələri Goranboy rayonu ərazisində yerləşən 110/35/10 kilovoltluq “Dəliməmmədli” yarımstansiyasında olublar. Məlumat verilib bu yarımstansiyanın genişləndirilərək əsaslı şəkildə yenidən qurulması rayonun keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik təchizatını tam formalaşdırmağa imkan verib. “Dəliməmmədli” yarımstansiyası vasitəsilə Dəliməmmədli şəhərinin və ətraf 21 yaşayış məntəqəsinin, o cümlədən 35 kilovoltluq “Azad” hava xətti üzərində olan 35/10 kilovoltluq “Azad” və 35/10 kilovoltluq “Alıuşağı” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiyadakı 110 kilovoltluq açıq paylayıcı qurğu müasir tipli 7 eleqaz açarla təchiz edilib. Bununla yanaşı, yarımstansiyada 8 çıxış fideri olan 35 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu, 33 çıxış fideri olan 4 giriş, 2 bölmədən ibarət 10 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu quraşdırılıb.
Jurnalistlər sonra Gəncədə yerləşən 35/6 kV-luq “Nizami” yarımstansiyasının fəaliyyəti ilə tanış olublar. Məlumat verilib ki, ümumi sahəsi 1700 kvadratmetr olan yarımstansiyada 35/6 kilovoltluq 10 MVA gücündə iki transformator və 35/6 kilovoltluq Almaniya istehsalı olan avadanlıq quraşdırılıb.
Daha sonra 110/35/10 kilovoltluq (kV) “Yeni Gəncə” yarımstansiyasının fəaliyyəti ilə yaxından tanış olublar. Məlumat verilib ki, yarımstansiyanın ümumi sahəsi 11 min kvadratmetr təşkil edir. Burada 110, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular, elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatikası, texniki onlayn nəzarət dolabları, açılma və qoşulmaların avtomatik idarəetmə sistemi quraşdırılıb. Yarımstansiya binasının zirzəmisində 35 və 10 kV-luq kabel kanallarının estakadası və rəfləri yerləşdirilib. Bununla yanaşı, yarımstansiyanı qidalandıran 110 kV-luq I və II “Yeni Gəncə” hava xətlərinin 24 kilometrlik hissəsi yenidən qurulub.
Səfər çərçivəsində jurnalistlər Göygöl Milli Parkında olublar. Əksər jurnalistlərin ilk dəfə olaraq Milli park ərazisində olması böyük maraq doğurub.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev jurnalistlərə müsahibəsində bildirib ki, belə mediaturlar  mütəmadi olaraq davam etdiriləcək. Burada əsas məqsəd ASC-nin regionlarda aparıdığı yenidənqurma ilə tanış olmaqdır. Ümumiyyətlə isə ASC hazırda regionlarda elektrik şəbəkələrində yenidənqurma işlərini davam etdirir. Bu vaxta qədər ”Azərişıq” ASC istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün yenidənqurma, əsaslı və cari təmiri istiqamətində xeyli işlər görüb.
 “Azərişıq” ASC-nin jurnalistlər üçün təşkil etdiyi mediatur iştirakçılarda zəngin təəssürat doğurub.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info