“Nə həqiqi dindarlar, nə də cəmiyyətimizin ictimai fəal fərdləri əsla bu antiazərbaycan təbliğatına fikir vermirlər”
Tarix: 30.07.2018 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Azərbaycan nəinki regionda hətta bütövlükdə dünyada insan hüquq və azadlıqlarının, din və vicdan azadlıqlarının ən yüksək səviyyədə təmin olunduğu bir ölkədir. Çox maraqlıdır ki, Azərbaycanı dini dözümüsüzlükdə və din xadimlərinə qarşı sərt davranmaqda ittiham edən bir qrup radikal ünsür bu tolerant mühitdən sui-istifadə edərək əslində özləri kimi radikalları və terrorçuları müdafiə edirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
“Hələ bu azmış kimi üstəlik məsələni bir də siyasiləşdirərək siyasi hakimiyyəti də özlərinə görə şantaj edirlər. Ancaq bunu elə ibtidai formada edirlər ki, kimdən sifariş aldıqları və nə məqsədlə etdikləri çox aydın şəkildə görünür. Ona görə də nə həqiqi dindarlar, nə də cəmiyyətimizin ictimai fəal fərdləri əsla bu antiazərbaycan təbliğatına fikir vermirlər”,-deyə Hikmət Babaoğlu vurğulayıb.
Deputat qeyd edib ki, son vaxtlar sosial şəbəkələrdə aktivləşən bu informasiya terrorçuları əslində ölkəmizdə fiziki terroru həyata keçirənlərin informasiya dəstəkçiləridirlər və eyni mərkəzdən idarə olunurlar. Hədəf Azərbaycanın milli və dövlət maraqlarıdır, hədəf ölkəmizdəki inkişaf və sabitlikdir.
Yeni Azərbaycan” qəzetinin baş redaktoru deyib: “Ancaq bu da hələ hamısı deyil. İnformasiya terrorçularının əsas hədəflərindən bir də siyasi hakimiyyətdir. Dini məsələlərdə həmişə məzhəb kimi həssas məsələləri istismar edərək silaha çevirən radikallar siyasi məsələdə də Dağlıq Qarabağ probleminin həlli kimi həssas mövzunu silaha çevirməyə cəhd edirlər. Bu da təsadüfi deyil. Hazırda Azərbaycan iqtidarının uzunmüddətli hərbi-siyasi və diplomatik səyləri nəticəsində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı heç vaxt olmadığı qədər münbit şərtlər yaranmaqdadır. Siyasi prosesləri yaxıdan izləyənlər bunu yaxşı görürlər. Həmin dini radikalları gizlədən və himayə edən mərkəzlər isə bu problemin həllini əsla istəmirlər. Çünki problem həll olunarsa, onların Azərbaycana təzyiq rıçaqlarından biri əllərindən çıxar. Ona görə də din pərdəsi adı altında siyasi şantaj vasitəsilə aranı qarışdırmağa cəhd edirlər. Eyni zamanda, onların məqsədlərini ifşa edən informasiya vasitələrini xüsusi olaraq hədəfə alırlar. Yəni, fərdi qaydada ayrı-ayrı subyektləri susdurmaqla onları ifşa edən informasiya resurslarına dərs vermək istəyirlər. Ancaq Azərbaycanda bu mümkün deyil. Çünki kütləvi şüur belə məsələləri obyektiv dərk edəcək qədər kamildir. Ölkəmizdə savadlı və vətənpərvər dindarlar ordusu var ki, onlar da belə radikalların dini şüurumuzu manipulyasiya etmələrinə yol verməzlər. Ancaq əlbəttə ölkəmizin informasiya məkanını informasiya terroruna məruz qoyanlara da əsla meydan vermək olmaz”.




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
İyunda neçə gün evdəyik?
22.05.2019
İrandan Bakıya “Fokker 100“ təyyarələrinin uçuşu gözlənilir
22.05.2019
Bələdiyyə idarəçiliyində qadınların rolu artacaq
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info