Azərbaycan və Latviya bələdiyyələri arasında əməkdaşlıq genişlənir
Tarix: 30.07.2018 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


İyulun 23-29-da Latviya Respublikasının yerli özünüidarəetmə təcrübəsi ilə tanışlıq proqramı çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin regional məsələlər komitəsinin üzvləri Kamran Bayramov, Rüstəm Xəlilov və bir sıra bələdiyyə sədrləri sözügedən ölkədə səfərdə olublar.
AZƏRTAC xəbər verir ki, Latviya Bələdiyyələr İttifaqının sədri Qints Kaminiskis ilə keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq müqavilələri imzalanmış bələdiyyə sədrləri də iştirak ediblər.
Qints Kaminiskis azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirərək yerli bələdiyyə sədrlərinin ölkəmizə olan səfərlərini xatırladıb. Bakının və ölkəmizin digər regionlarının inkişafını, həyata keçirilən sosial-iqtisadi layihələri xüsusi qeyd edib.
O vurğulayıb ki, bu vaxta qədər imzalanmış 13 müqavilə üzrə mövcud əlaqələr daha da güclənməli, yeni əməkdaşlıq imkanları nəzərdən keçirilməlidir. Bu istiqamətdə Latviya Bələdiyyələr İttifaqı ilə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyalarının rəhbərliyi birgə müzakirələr aparmaqla səyləri daha da artırmalıdırlar.
Milli Məclisin regional məsələlər komitəsinin üzvü, Azərbaycan-Latviya parlamentlərarası işçi qrupunun rəhbəri Kamran Bayramov, ilk növbədə, Azərbaycanda yerli özünüidarəetmə sahəsində görülən işlərdən, qanunvericiliyin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlardan, ölkəmizin bu sahədə əldə etdiyi uğurlardan danışıb.
Səfər çərçivəsində reallaşan tanışlıq proqramı zamanı nümayəndə heyətimiz Latviyanın Stopini, Dobele, Ventspils diyar, Qrobinya və Valke bələdiyyələrində olaraq yerli təcrübə ilə tanış olublar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info