İlqar Məmmədov: “Bakı Ali Neft Məktəbilə tanışlıqdan sonra xaricə getməkdən imtina etdim”
Tarix: 30.07.2018 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Müsahibimiz qəbul imtahanlarında 700 bal toplamış İlqar Məmmədovdur:

- İlqar, özünüz haqda bir az danışın.
- Mən 2001-ci ildə Bakı şəhərində anadan olmuşam. İlk təhsilimə 160 nömrəli Klassik gimnaziyada başlamışam. 5-ci sinifdən isə təhsilimi İlyas Əfəndiyev adına Elitar gimnaziyada davam etdirmişəm. Sonda buranı qırmızı attestatla bitirmişəm.
- Niyə I qrupa üstünlük vermisiz?
- Dəqiq fənləri daha çox sevdiyimə görə I qrupa üstünlük verdim.
- Ən çox hansı fənni və nə üçün sevmisiz?
- Daha çox riyaziyyatı sevmişəm, mənə riyaziyyata olan həvəs isə ailədən gəlib.
- Qəbul imtahanında göstərdiyiniz uğura görə kimə təşəkkür edərdiz?
- Qəbul imtahanında göstərdiyim uğura görə valideynlərimə, bütün müəllimlərimə, direktor Sevda xanıma və bir də ibtidai sinif müəlliməm Lalə müəlliməyə öz təşəkkürümü bildirirəm.
- Ali məktəblər arasında niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiz?
- Azərbaycandakı ali təhsil müəssisələri arasında tədris səviyyəsi, laboratoriya imkanları və bir çox başqa xüsusiyyətləri ilə fərqləndiyi üçün təhsilimi BANM-də davam etdirmək istəyirəm. Həm də bu universitet ingilis dilli kadrlar, mühəndislər hazırlayır. Ümumiyyətlə, BANM və onun fəaliyyətilə tanış olduqdan sonra mən xaricə gedib orada təhsil almaqdan imtina etdim.
- BANM-də hansı ixtisası seçdiz?
- Mən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçəcəm.
- Niyə məhz BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil almağa qərar verdiz?
- Məncə, gələcəyi daha parlaq olan ixtisas “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasıdır. Həm də ölkəmizdə ən çox ehtiyac duyulan və müasir ixtisasdır.
- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?
- Boş vaxtlarımda dostlarımla görüşməyi və gəzməyi xoşlayıram. Həmçinin idmanla da məşğul oluram.
- BANM-i bitirdikdən sonra planlarınız nədir?
-BANM-i bitirdikdən sonra təhsilimi xaricdə davam etdirmək istəyirəm.
- Sizcə, bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?
- İnsanın uğur əldə etməsi üçün çalışqanlıq və yaxınlarının dəstəyi çox vacibdir. Uğura gedən yolda səbirli olmaq, özünü motivasiya etmək və kiçik uğursuzluqlara aldanıb yolundan dönməmək lazımdır.
-Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiz?
- Mən bütün abituriyentlərə çox çalışmağı, uğur qazanacağına inanmağı məsləhət görürəm və hamısına uğurlar arzulayıram.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info