Levon Şirinyan: ” Xalqımızı inandırmalıyıq ki, biz rusların “böyük qardaşıyıq“
Tarix: 30.07.2018 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


“Moskva hələ ki, Ermənistanın yeni hakimiyyətinə etimad göstərmir”

İrəvanın Ermənistandakı Rusiya sərhədçilərinin vəziyyətini nəzərdən keçirmək niyyəti ilə əlaqədar ziddiyyətli məlumatlar yaymaqda məqsədi nədir: Moskvaya qarşı şantaj və ya hakimiyyətdə bir qarışıqlıq?
Bir müddət bundan əvvəl Ermənistanın müdafiə naziri Davud Tonoyan jurnalistlərə verdiyi açıqlamada Rusiya sərhədçilərinin statusunu nəzərdən keçirmək niyyəti barədə məlumat vermişdi. "Müqavilə və hüquqi dəyişikliklər tələb edən problemlərin» mövcud olduğunu bildirən erməni nazir , bu dəyişikliklərin mütləq ediləcəyinə əmin olduğunu bildirmişdi. Təbii ki, maraqlı mənzərə yaranır. Axı, bir müddət əvvəl «Exo Moskva» radiosuna açıqlama verən Nikol Paşinyan Rusiya hərbi bazası və sərhədçilərinin respublikanın milli maraqlarına uyğun gəlməsi barədə açıqlama vermişdi. Erməni baş nazirin etirafına görə, baza Ermənistanın "təhlükəsizlik sisteminin çox vacib hissəsidir". Rusiya bazasının bəzi problemlərdən xali olmadığını da istisna etməyən Paşinyan « Rusiya sərhədçilərinin xidmətinə gəlincə, bu, Ermənistan üçün çox vacibdir. Çünki bizim silahlı qüvvələrimiz bəzi öhdəliklərdən azad olunurlar, yoxsa bizim üçün belə bir uzun sərhədin müdafiəsi ağır bir yük olardı» -deyə bildirmişdi.
Belə olan halda maraqlıdır, Paşinyanın «məmnun» danışığından sonra, erməni müdafiə nazirinin bəyanatının arxasındakı gizlinlər nədir? Başqa sözlə desək, Rusiya-Ermənistan əlaqələrinin hərbi sahədə real şəkildə yenidən nəzərdən keçirilməsi nəyə hesablanıb? Bunları Qərbə eşitdirib, onu razı salmaq arzusumu? Heç də gizli deyil ki, İrəvan belə bir «test üsulu» ilə Moskvanın necə cavab verəcəyini yoxlamaq istəyir. Bunu artıq erməni ekspertlər də etiraf etməyə başlayıblar. Məsələn, bir müddət bundan əvvəl Levon Şirinyan «Lragir» saytına verdiyi açıqlamada «Paşinyanın, Ermənistanın birtərəfli təslim olduğu dövlətlə əlaqələrini zəiflətməyə çalışdığını və bunun üçün xalqın "mandatı"na sahib olduğunu» bildirmişdi. Şirinyanın dediyinə görə, «Moskva bu günə kimi, Ermənistanı itaətkar görərək, onun Rusiyaya güvənmsindən istifadə edib, heç vaxt Ermənistanı xilas etməyib, əksinə İrəvana xəyanət edib, ona yalan vədlər verib. Biz bunu Aprel döyüşlərində də gördük. Artıq yetər, indii Moskva bərabər tərəfdaşlığı qəbul etməlidir. Çünki Ermənistansız Rusiyanın Yaxın Şərq (bura Suriya da daxildir) siyasəti sıfıra enə bilər. Ona görə Rusiya qiyməti tam ödəməlidir. Xalqımızın şüurunda rusların bizə böyük qardaş olduğunu silib, bizim onların böyük qardaşları olduğumuzu öyrətmək lazımdır. Əks təqdirdə, hərbi bazanın qalması üçün qanunvericilik əsasları barədə düşünmək məcburiyyətindəyik. Onlar artıq bizi bir daha türklərlə qorxutmasınlar».
Rusiyanın «rosbalt.ru» saytında yer alan yazıda daha sonra «təkcə hərbi cəhətdən deyil , həm də elə iqtisadi cəhətdən də Rusiyadan asılı olan Ermənistanın artıq açıq şəkildə olaraq NATO ilə əməkdaşlığa can atdığı” bildirilir. Ötən il sabiq hökumətin alyansın təlimlərinə qatılmaqdan imtina etdiyini xatırladan sayt, Paşinyan hökumətinin avqustda Gürcüstanda keçiriləcək NATO təlimlərinə qatılacağına razılıq verdiyini bildirir. Maraqlıdır ki, Ermənistanın müdafiə naziri Tonoyan "Ermənistanın NATO ilə əməkdaşlığı bizim KTMT-nin ittifaq öhdəliklərinə zidd deyil" –deyə bəyan edir. Sayta görə, nə KTMT-də, nə də NATO-da Ermənistanın "öz səsi" yoxdur, sübut üçün İrəvanın ziddiyyətli xarici siyasəti göstərilir: «Respublikadakı hakimiyyət dəyişikliyi ölkənin xarici siyasət istiqamətlərinə də toxundu. Ümumiyyətlə, Ermənistanın xarici siyasətinin konturları daha sıxlaşdı. Paşinyan isə hələ ki, Moskvaya "şirin mahnılar" oxuyur, çünki o, Azərbaycan və Türkiyədən qorxur, eləcə də "yanğın zamanı" NATO-nun dəstəyinin mümkünsüz olduğunu sübut edir. Bundan başqa, bu gün Ermənistanın bütün hərbi infrastrukturu Sovet və rus modellərinə cavab verir və NATO rejiminə keçid uzun müddət, həm də çoxlu pul tələb edir. Ən əsası isə, Qərbin bu cılız respublikaya nə sərf ediləsi vəsaiti, nə də ki, buna cəhd ediləsi arzusu var. Ona görə də, Ermənistan «suveren dövlət» hesab olunmasına baxmayaraq, bu ölkənin hər birindən, daha çox isə Moskvadan asılılığı var. Qəribəsi budur ki, Ermənistanın "yeni düşüncə" tərzinə malik olan yeni komandasına , Moskva hələ ki, o qədər də böyük etimad göstərmir”.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info