Nəsimi rayon gəncləri Qubada sahibkarların işi ilə yaxından tanış oldular
Tarix: 30.07.2018 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Bu gün ölkəmizdə yeni iqtisadi inkişaf modelinə keçidlə bağlı dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş konkret vəzifələrin icrasını təmin etmək, ölkədə sahibkarlığın və investisiyaların təşviqi, ixracın stimullaşdırılması, biznesin dəstəklənməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi sahələrində islahatlar daha da sürətləndirilib. Həyata keçirilən tədbirlər iqtisadi potensialın artmasına, biznes və investisiya mühitinin yaxşılaşdırılmasına şərait yaradıb.
Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq müasir istehsal və emal müəssisələri istifadəyə verilmiş, qabaqcıl texnologiyaların ölkəyə gətirilməsi və tətbiqinə şərait yaradılıb.
Sahibkarlığın inkişafına yönəlmiş silsilə tədbirlərin davamı olaraq Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon gənclərinin bir qrupunun Quba rayonuna səfəri təşkil olunub. Nəsimi rayon gəncləri ilk növbədə Quba rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun meyvə bağları ilə tanış olublar.
Burada Elmi Tədqiqat İnstitutunun fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, bu gün ölkədə aqrar sektorda həyata keçirilən islahatlar ərzaq təhlükəsizliyinin təmin edilməsinə etibarlı zəmin yaradıb. Sahibkarların müasir kənd təsərrüfatı texnikaları ilə təchizatı da həyata keçirilib. Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyindən bəhrələnərək müasir istixana kompleksinin yaradılması sahəsində əhalinin tərəvəz məhsullarına olan tələbatını ödəmək və ixrac imkanlarımız artmaqdadır.
Nəsimi rayon gənclərinin “Qədim Quba” Xalçaçılıq Mərkəzinin işi ilə tanışlığı zaman müəssisədə bildiriblər ki, bu müəssisə sahibkarlıq subyekti kimi fəaliyyət göstərməklə yanaşı, qədim xalq sənətinin yaşadılması, onun sirlərinin gənc nəslə öyrədilməsində də vacib rol oynayır. Respublikamızda sahibkarların fəaliyyəti üçün hərtərəfli şərait, əlverişli biznes və investisiya mühiti yaradılıb. Sahibkarlar istehsal prosesində ən müasir texnologiyaların tətbiqinə və keyfiyyətli xammaldan istifadəyə xüsusi diqqət yetirirlər.
Daha sonra gənclər Pirvahid kəndli fermer təsərrüfatı ilə yaxından tanış olublar. Fermer təsərrüfatı ilə tanış olarkən bildirilib ki, sahibkarlarımız aqrar sahənin inkişafına da öz töhfələrini verirlər. Torpaq mülkiyyətçilərinin torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilməsi, bu sahədə çalışanlara bir sıra güzəştlərin tətbiq olunması, subsidiyaların verilməsi, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi öz nəticəsini göstərmiş, məhsul bolluğu yaranıb.
Səfər zamanı gəncləri maraqlandıran suallar sahibkarlar tərəfindən cavablandırılıb və onlara müvafiq tövsiyələr verilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info