Əjdər İsmayılov Konqres Kitabxanasında qeydiyyata alınıb
Tarix: 30.07.2018 | Saat: 21:12:00 | E-mail | Çapa göndər


Tanınmış alim, cavidşunas, türkçü, ictimai-siyasi xadim, məşhur 91-lər dən, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri, filoloq tarixçi professor Əjdər İsmayılov (Əjdər Tağıoğlu) dünyanın nüfuzlu ABŞ Konqres Kitabxanasının virtual kataloquna azətbaycanlı alim, filoloq, tarixçi və siyasətçi kimi qeydə alınıb. Professor Əjdər ismayılova beynəlxalq İSNI kod verilməklə eyni zamanda dünyada istinad ediləsi mötəbər alim və əsərləri dünyada etibarlı mənbə kimi istinad ediləsi alim kimi göstərilib.
Professor Əjdər İsmayılovun ABŞ Konqres Kitabxanasının elektron kataloquna daxil edilən əsərlərindən 2006-cı ildə nəşr edilmiş “Qədim Ön Asiya və Ön Qafqaz Türk tayfaları” (səh.800) və “Dünya romantizm ənənələri və Hüseyn Cavid” (ilk nəşr 1982-ci ildə “Yazıçı”, təkrar nəşr 2017-ci “Elm və təhsil” nəşriyyatı, səh.220) əsərləridə yer almışdır.
Xatırladaq ki, Əjdər İsmayılovun (Əjdər Tağıoğlunun) “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” adlı əsəri Azərbaycan elmində çox böyük hadisədir. Erməni və muzdlu ermənipərəst tarixçilərin qədim türk torpaqları ilə əlaqədar XVIII əsrin əvvəllərindən günümüzədək kilsə əfsanə və rəvayətlərinə söykənərək “Böyük Armeniya” uydurması ilə əlaqədar qaldırdıqları iddialar bu monumental əsərdə alt-üst edilir. Beləki problemlə əlaqədar zəngin tarixi faktlar əsasında geniş araşdırma aparan müəllif ilk növbədə rusdilli nəşrlərdə coğrafi ərazi adı olan “Armeniya” sözünün mənşəindən danışır. O, toponimin mənşəyini Fəratın yuxarı axarında yerləşmiş m.ö. III minillikdə zəngin mədəniyyətli bir ölkə olmuş qədim Şuprianın ikinci adı olan “Arme” ilə əlaqələndirir. Müəllif erməni saxtakarlığını açmaq və oxucunu “Böyük Armeniya” mifi ehkamından xilas etmək üçün “Arme” ölkə adının “Armeniya” formasında yazılışınadək ayrı-ayrı tarixi mənbələrdə qeydə alınmış şəklinə tarix və tarixilik kontekstində izahlar verir. Cavidşünaslıqda mühüm yer tutan “Dünya romantizm ənənələri və Hüseyn Cavid” əsərdə isə Əjdər Tağıoğlu Hüseyn Cavid romantizminin kontekstində dünya ədəbiyyatının romantik korifeyləri arasında tipoloji araşdırmalar aparıb və Azərbaycan romantizminin dünya romantizminin tərkib hissəsi kimi təhlilə çəkib. Qeyd edək ki, görkəmli ədəbiyyatşünas alimlərimiz bu monoqrafiyaya qədər Azərbaycan romantizminin yaranmasını 1905-1917-ci illərdə baş vermiş tarixi hadisələrlə əlaqələndirirdilər. Problemə bu mövqedən yanaşma Hüseyn Cavid romantizmini Nizami ilə başlanan klassik fəlsəfi romantik poeziyanın ənənələrindən məhrum edirdi, digər tərəfdən mütəfəkkir şairin dünya ədəbiyyatının nəhəng korifeyləri Şekspir, Bayron, Şiller, Höte ilə bir sırada dayanmaq hüququnu məhdudlaşdırırdı. Onuda qeyd edək ki, ABŞ Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb.

Mahmud Əyyublu




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info