Ərdoğan ABŞ-a müqavimət göstərir
Tarix: 31.07.2018 | Saat: 00:22:00 | E-mail | Çapa göndər



İstanbulda Türkiyə, Rusiya, Almaniya və Fransa liderləri arasında görüş keçiriləcək


“ABŞ-ın sanksiyalar tətbiq etmək hədələrinə baxmayaraq, Ankara amerikalı rahib Endrü Bransonun saxlanılmasına dair mövqeyini dəyişməyəcək.” “Haberturk”ün xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib. O baş verənlərin psixoloji müharibə olduğunu istisna etməyib: “Fikrimcə, bunlar hamısı psixoloji müharibədir. Biz geri dönməyəcəyik. Branson məsələsində biz bazarlıq etməmişik. ABŞ Türkiyəni müttəfiq kimi itirə biləcəyini unutmamalıdır”.
Qeyd edək ki, yevangelist rahib A. Branson Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra İzmirdə həbs olunub. O, hərbi və siyasi casusluqda, terror təşkilatına üzv olmasa da, təşkilatın maraqları naminə cinayət törətməkdə ittiham edilir. Onun həbsi Türkiyə-ABŞ münasibətlərində gərginlik yaradan amillərdən biridir. ABŞ rəhbərliyi - şəxsən prezident D. Tramp və vitse-prezident M. Pens dəfələrlə Türkiyə rəhbərliyindən onun sərbəst buraxılmasını istəyiblər. Senatorlar bu məsələ ilə əlaqədar bir neçə dəfə Türkiyəyə səfər ediblər. Son olaraq ABŞ Konqresi həm A. Bransonun həbsdə saxlanılmasına, həm də Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri satın almaq istəməsinə görə, Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş 5-ci nəsil yeni "F-35" hərbi təyyarələrinin bu ölkəyə göndərilməsinə qadağa qoyan müddəanı hərbi büdcə barədə qanun layihəsinə daxil edib. İyulun 25-də İzmir 2-ci Ağır Cəza Məhkəməsinin qərarı ilə Endryü Branson haqqında həbs tədbiri ev dustaqlığı ilə əvəzlənib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib Ankara ABŞ-ın “F-35” tipli yeni nəsil qırıcı təyyarələrini Türkiyəyə tədarük etməkdən imtina edəcəyi təqdirdə beynəlxalq arbitraja müraciət edəcək: “İndi də bizi hədələməyə başlayıblar. Orada nə baş verib ki, onlar “F-35”-ləri tədarük edə bilməyəcəklər? Verməyəcəksinizsə, biz beynəlxalq arbitraja müraciət edəcəyik... Əgər iş o yerə çatacaqsa, bunun alternativləri də var”. ABŞ-Türkiyə münasibətlərinin kəskinləşdiyi bir zamanda BRİKS ölkələrinin sammitinə qatılan Ərdoğan Vaşinqtona müqavimətini davam etdirir. İndi isə bəlli olub ki, sentyabr ayında İstanbulda Türkiyə, Rusiya, Almaniya və Fransa liderləri arasında görüş keçiriləcək. “CNN Turk”ün xəbərinə görə, görüş zamanı tərəflər Suriyadakı vəziyyəti müzakirə etmək niyyətindədirlər. Liderlər, həmçinin Türkiyə-Rusiya-İran üçtərəfli sammitin gündəliyini müzakirə edəcəklər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə-Rusiya-İran üçtərəfli sammitlər Soçi, Ankara və Tehranda keçiriləcək. ABŞ-ın hədəfində olan dövlətlərdən biri olan Almaniyanın som zamanlar Ankaraya qarşı yumşalması da bu baxımdan diqqətdən yayınmamalıdır.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info