İxtisas seçimi avqustun 13-dək davam edəcək
Tarix: 31.07.2018 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


“İxtisas seçimi avqustun 13-nə qədər davam edəcək.” Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib. O bildirib ki, bu il bakalavr təhsili üzrə qəbul imtahanlarında 74438 nəfər iştirak edib. Ümumilikdə ixtisas seçimində 91498 nəfər iştirak edəcək. M.Abbaszadə deyib ki, həmin şəxslərdən bəziləri V ixtisas qrupuna sənəd verənlərdir. Onlar I və IV qrupa imtahan verməyiblər, buraxılış imtahanlarının nəticəsi əsasında keçiblər. Avqustun 9-na qədər qabiliyyət imtahanı davam edəcək. Bu imtahanlar üçün 8277 nəfər qeydiyyatdan keçib, ancaq 14 015 nəfər komissiyada iştirak edəcək. 2378 nəfər isə kollecə ixtisas seçimi edəcək. Məleykə Abbaszadə qeyd edib ki, bəzi valideynlər öz uşaqlarının taleyini başqalarının ümidinə buraxırlar: “Bunun da nəticəsində abituriyent istəmədiyi ixtisasa qəbul olunur. Ona görə də hər bir abituriyent ərizəsini özü təsdiq etməlidir. Birinci və ya axırıncı ərizənin təsdiq edilməsi heç bir əhəmiyyət kəsb etmir. Çünki seçim abituriyentin topladığı bala əsasən aparılır. Məsləhət görərdim ki, üç dəfə ərizə dəyişməkdənsə, dəqiq seçim edilsin”. O bildirib ki, ixtisas qruplarında keçid balları müxtəlif olduğundan ixtisas seçimində hər kəs balını bilib buna uyğun seçim etməlidir. Təəssüf ki, ixtisas seçimi zamanı abituriyent və onun valideyni kiməsə müraciət edir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info