Qlobal kənd təsərrüfatı məhsulları və balıq istehsalı 20 faiz artacaq
Tarix: 31.07.2018 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


FAO-nun icraçı direktoru: “Sağlam və qida dəyəri yüksək qidalar təqdim edən, davamlı və məhsuldar qida sistemlərinə ehtiyacımız var”

Qlobal kənd təsərrüfatı məhsullarının istehsal həcmi sabit şəkildə artmağa davam edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə yayımladığı hesabatda 2017-ci ildə dənli bitkilərdə, ət, süd məhsullarında və balıqda rekord səviyyələrin müşahidə edildiyi bir il olduğu vurğulandığı halda, dünya taxıl ehtiyatının indiyədək olan dövrlərin ən yüksək səviyyəsinə çatdığı göstərilir.
Hesabatda, kənd təsərrüfatı məhsulları ticarətinin ərzaq təhlükəsizliyi əldə edilməsində əhəmiyyətli bir rol oynadığı qeyd edildiyi halda, asan bir ticarət siyasəti mühitinə ehtiyacın olduğunu vurğulanır. OECD-FAO-nun 2018-2027-ci il hesabatına görə, qlobal kənd təsərrüfatı məhsulları və ərzaq tələbatı artımında yavaşlama müşahidə edilərkən, sektorda məhsuldarlığın yaxşılaşmasının davam edəcəyi nəzərdə tutulur. Bu baxımdan, gələcək on il ərzində əsas kənd təsərrüfatı məhsullarının əmtəə qiymətlərinin aşağı olmaqda davam etməsi gözlənilir.
Parisdə OECD baş katibi Angel Gurria və FAO-nun icraçı direktoru Jose Graziano da Silvanın iştiraklarıyla təqdim edilən OECD-FAO 2018-2027-ci il Kənd təsərrüfatına Baxış Hesabatı, tələbatda yavaşlamasının səbəblərini yüksələn iqtisadiyyatlardakı tələb artımında müşahidə edilən yavaşlama, adambaşına düşən əsas ərzaq məhsulları istehlakı səviyyəsinin sabit qalmasına və qlobal əhali artımının sürətində gözlənən enişə əsaslanır.
Hesabata görə qlobal kənd təsərrüfatı məhsulları və balıq istehsalının gələcək on il ərzində təxminən 20 faiz səviyyəsində artacağı gözlənilir. Ancaq artım səviyyələri əhəmiyyətli və coğrafi bölgəyə əsaslanan fərqliliklər göstərəcək. Daha sürətli əhali artımı müşahidə edilən Mərkəzi Afrika, Cənubi və Şərqi Asiya, Yaxın Şərq ilə Şimali Afrika kimi inkişaf etməkdə olan bölgələrdə güclü artım gözlənilərkən, Qərbi Avropa ölkələri başda olmaqla inkişaf etmiş ölkələrdə istehsalın çox aşağı səviyyədə olacağı gözlənilir.
OECD baş katibi Gurrianın fikrincə, "Torpaqla zəngin ölkə və bölgələrdən, xüsusilə də Amerika qitəsindən olan ixracatın ümumi olaraq artacağı gözlənilsə də, artmaqda olan əhaliyə və məhdud torpaq mənbələrinə malik olan yoxsul ölkələrdən çoxu əhalinin qidalanmasını təmin etmək üçün idxal olunan qidaya asılı hala gələcək”. Gurria deyir ki, bu vəziyyət həm ixracatçı, həm də idxalçı ölkələrin şəffaf və proqnozlaşdırıla bilən ticarət siyasətinə çıxışı tələb edir. FAO-nun icraçı direktoru Jose Graziano da Silva isə ərzaq istehsalında yeni bir yanaşmaya ehtiyac olduğunu vurğulayıb: "Keçən əsrdə “Yaşıl inqilab” dünyanın özünü doyurmaq həcmini böyük nisbətdə artırdı, ancaq indi bir davamlılıq inqilabına ehtiyacımız var”. Jose Graziano da Silvaya görə bu, ətraf mühit üzərinə böyük bir yük qoyan əkinçilik sistemlərini gözdən keçirməyi tələb edir: “Torpaq, meşələr, su, hava keyfiyyəti və biomüxtəliflikdə keyfiyyət itkisi yaşamağa davam edir. Ətraf mühiti və biomüxtəlifliyi qoruyarkən, eyni zamanda sağlam və qida dəyəri yüksək qidalar təqdim edən, davamlı və məhsuldar qida sistemlərinə ehtiyacımız var”.
Bioenerji istehsalında istifadə edilən taxıl və bitki mənşəli yağlara tələb, bioenerjidə yaşanan artımın qarğıdalı da daxil olmaqla 120 milyon ton taxıl tələbinin ortaya çıxması ilə nəticələnən əvvəlki onillik dövrdən fərqli olaraq, əsasən, eyni səviyyədə qalacaq. Xüsusilə bioenerji istehsalında şəkər qamışının istifadəsinin artması gözlənilir.
Avropa və Orta Asiya regionunda kənd təsərrüfatı məhsulları istehsalının növbəti on il ərzində 9 faiz artacağı proqnozlaşdırılır. Əkinçiliyin bu artımın 55 faizini təşkil etməsinə baxmayaraq, heyvandarlıq və balıq məhsullarının inkişafa təsiri müvafiq olaraq 38 faiz və 7 faiz təşkil edəcək.
Hazırda Avropa və Mərkəzi Asiya qlobal buğda və yağlı toxum istehsalının 45% -ni və şəkərin 18% -ni təmin edir. Taxıl və yağlı toxum istehsalının 2027-ci ilə qədər 16 faiz səviyyəsinə düşəcəyi proqnozlaşdırılsa da, bu sahə bölgənin istehsalında liderliyini qoruyacaq. Rusiya, Ukrayna və Qazaxıstan 24 faizlik ümumi ixrac payı ilə qabaqcıl taxıl ixracatçısı olmaqda davam edəcəklər. Buğda istehsalına diqqətin artması sayəsində bu ölkələrin buğda ixracında ümumi payını 33 faizdən 35 faizədək artırması gözlənilir.
Bölgənin heyvandarlıqda istehsalın artmaqda olan daxili tələbə görə artacağı gözlənilir. 2027-ci ilədək, 2015-2017 dövrünə görə, süd istehsalı 9 faiz artacaq. Digər tərəfdən Avropa və Orta Asiya qlobal məhsulun təxminən 52 faizini təmin etdiyi pendir istehsalında dünya lideri olmağa davam edir. Gələcək on ildə istehsalın 14.5 faiz nisbətində artması gözlənilərkən, artımın çoxunun Avropa Birliyindən gələcəyi bildirilir.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Gədəbəy rayonunda ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
15.07.2019
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin
15.07.2019
Vilayət Eyvazov 41 nəfəri Bakı polisində vəzifəyə təyin edib: püşkatma yolu ilə
15.07.2019
“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş keçirilib
15.07.2019
Вот так сейчас выглядит мавзолей Насими в Алеппо - FOTO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info