“The Jerusalem Post”: “Ermənistanın indiki hərbi və siyasi rəhbərliyi böyük qorxu, isterika və panika içindədir”
Tarix: 31.07.2018 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Arye Qut: “Ən qüdrətli silah sistemləri ilə təchiz olunmuş Azərbaycan silahlı qüvvələri Ermənistanın bütün mühüm hərbi hədəflərini və strateji kommunikasiyalarını qısa müddətdə məhv etməyə qabildir”

“Münaqişənin həlli Ermənistanın özünün inkişafı üçün zəruridir və əgər Ermənistan bunda maraqlıdırsa, bu ölkə işğala son qoymalı və Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni yerinə yetirməlidir”


“Nikol Paşinyanın son bəyanatları və onun siyasi davranışı erməni separatçıların və şovinistlərin kələyidir, çünki onların məqsədi özlərinin təcavüzünə və Azərbaycan ərazilərini işğal etmələrinə haqq qazandırmaqdır”


“Korrupsiyaya qurşanmış və cinayətkar Serj Sarkisyan rejiminin süqutundan sonra güman etmək olardı ki, Ermənistan-Azərbaycan danışıqlarında irəliləyiş baş verəcək, tərəflər öz ölkələrinin və xalqlarının gələcəyi üçün sülh barəsində razılıq əldə edəcəklər. Lakin məlum oldu ki, bu, illüziya imiş”. Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetində dərc olunmuş “Erməni işğalı və “demokratiya”: bunlar bir-biri ilə uzlaşırmı?” sərlövhəli məqaləsində bu məsələdən bəhs edir. Məqalə müəllifi qeyd edir ki, Ermənistanın baş naziri Paşinyan onun ölkəsi tərəfindən işğal edilmiş Xankəndidə olarkən bəyan edib ki, münaqişənin tənzimlənməsinə dair danışıqlarda Dağlıq Qarabağ (Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş regionu) bilavasitə iştirak etməlidir, çünki rəsmi Yerevan yalnız Ermənistanın adından danışacaq. Bundan əlavə, Paşinyanın fikrincə, Azərbaycan sərt aqressiv ritorikadan istifadə etdiyi və Ermənistan ərazilərinin işğal olunması barədə danışdığı bir vaxtda qarşılıqlı güzəştləri müzakirə etməyin mənası yoxdur. Məqalə müəllifi yazır: “Son günlərdə rəsmi erməni təbliğatı Azərbaycanla Ermənistan arasında başlana biləcək müharibə qarşısında vahimə və qorxu dalğasını zəiflətmək üçün dəridən-qabıqdan çıxır. Baş nazir Paşinyan açıq-aydın eyham vurub ki, o, münaqişənin dinc yolla nizamlanması barədə danışıqları davam etdirməyəcək. Ermənistanın yeni lideri özünün belə adlandırılan “erməni inqilabının demokratik lideri” obrazına və Qərbin Bakıya təzyiq göstərməsi üçün bu obrazdan istifadə etməyə ümid bəsləyir. Baş nazir Paşinyanın belə cəfəng və dayaz ümidləri onun qeyri-peşəkarlığını, strateji təfəkkürdən məhrum və böyük siyasət üçün tamamilə yararsız olmasını, həmçinin bu faktı göstərir ki, münaqişənin hərbi yolla həlli Azərbaycan üçün ən başlıca və həyatı əhəmiyyətli probleminin həllinin yeganə üsuluna çevrilir”.


“Münaqişənin siyasi yolla tənzimlənməsinə nail olmaq üçün əvvəlcə işğalı dayandırmaq, sonra isə status-kvonu dəyişmək lazımdır”

Qutun fikrincə, Nikol Paşinyanın qəribə və proqnozlaşdırıla bilməyən, diplomatiyadan uzaq davranışı və demaqoqiyası üzündən qəribə bir vəziyyət yaranıb. İndi rəsmi Bakı real olaraq gözləyir ki, erməni tərəfi hərbi əməliyyatlara təhrikçilik edə bilər. Arye Qut yazır: “Paşinyanın yeni hökumətinin səriştəsizliyi və qeyri-peşəkarlığı şəraitində erməni inqilabının liderinin qeyri-ardıcıl və proqnozlaşdırıla bilməyən xarakteri, onun ilk səhv addımları, Cənubi Qafqaz regionunda real vəziyyətin nə dərəcədə amanabənd və mürəkkəb olduğunu əsla anlamaması göz qabağındadır. Tamamilə aydındır ki, Paşinyana və onu hakimiyyətə gətirmiş qüvvələrə, xüsusən, Bakıdakı möhtəşəm hərbi paradın və Azərbaycanda genişmiqyaslı hərbi təlimlərin doğurduğu əks-səda fonunda kiçik bir “müzəffər” hərbi əməliyyat zəruridir. 2016-cı ilin aprel ayında Qarabağda hərbi əməliyyatların status-kvonu Azərbaycanın xeyrinə əhəmiyyətli dərəcədə və əsaslı şəkildə dəyişməsi ABŞ, Rusiya və Aİ ölkələri kimi dünya aktorlarının diqqətini dərhal cəlb etdi, onlar yekdilliklə tərəfləri bu problemi sülh yolu ilə həll etməyə çağırdılar”. Məqalə müəllifinin fikrincə, Ermənistan Respublikasının indiki hərbi və siyasi rəhbərliyinin məntiqsiz və absurd bəyanatları sübut edir ki, onlar ciddi narahat olublar, əslində, böyük qorxu, isterika və panika içindədirlər. Arye Qut yazır: “Azərbaycan ordusu cəbhə xəttində hadisələrin hər hansı şəkildə inkişafına hazırdır. Ən qüdrətli silah sistemləri ilə təchiz olunmuş Azərbaycan silahlı qüvvələri Ermənistanın bütün mühüm hərbi hədəflərini və strateji kommunikasiyalarını qısa müddətdə məhv etməyə qabildir. Münaqişənin siyasi yolla tənzimlənməsinə nail olmaq üçün əvvəlcə işğalı dayandırmaq, sonra isə status-kvonu dəyişmək lazımdır. Münaqişənin həlli Ermənistanın özünün inkişafı üçün zəruridir və əgər Ermənistan bunda maraqlıdırsa, bu ölkə işğala son qoymalı və Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni yerinə yetirməlidir. Ermənistan əhalisinin əksəriyyəti, necə deyərlər, yaşamır, onlar, sadəcə, mövcuddurlar. Lakin bəzi səbəblərə görə, onlar özlərini fransızlarla və hollandlarla deyil, Eritreya və ya Somali sakinləri ilə müqayisə edirlər. Belə təsəvvür yaranır ki, indi Ermənistanda müəyyən iqtisadi artım başlanır, lakin bundan ötrü azı on il lazımdır. Görəsən, Ermənistanda başa düşürlərmi ki, iqtisadiyyatının iflası və əhalinin kütləvi şəkildə ölkəni tərk etməsi məlum xoşagəlməzliklərin səbəbi deyil, onların nəticələridir?”

“Rəsmi Bakı regionda mövcud olan status-kvo ilə heç vaxt razılaşmayacaq və Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənib”
Məqalə müəllifinin fikrincə, Ermənistan problemlərin nəticələrinə qarşı yox, onun əsas səbəblərinə qarşı mübarizə aparmalıdır. Arye Qut yazır: “Bu gün Ermənistan hökumətinin atdığı addımlar, xəstəliyin səbəbini deyil, onun nəticələrini müalicə edən həkimin hərəkətlərinə bənzəyir. Həmin səbəb - Ermənistanın təcavüzkar xarici siyasəti, demək olar ki bütün qonşu ölkələrə qarşı ərazi iddiaları və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması ilə bağlıdır. Nəticə etibarılə bu amillər Ermənistanın regionda iqtisadi cəhətdən təcrid olunmasına gətirib çıxarıb: bu gün Ermənistanın həm Azərbaycanla, həm də Ermənistan ilə münaqişədə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən Türkiyə kimi iri bazarla sərhədləri bağlıdır”. Qutun fikrincə, Nikol Paşinyanın son bəyanatları və onun siyasi davranışı erməni separatçıların və şovinistlərin kələyidir, çünki onların məqsədi özlərinin təcavüzünə və Azərbaycan ərazilərini işğal etmələrinə haqq qazandırmaqdır. Arye Qut öz məqaləsinin sonunda yazır: “Aşkardır ki, Ermənistanın indiki rəhbərliyi özünə “demokratiya” tərəfdarı imici qazandırmağa çalışır və atəşkəs dövründə müəyyən edilmiş status-kvonu saxlamaq üçün və ya bundan da betəri, Dağlıq Qarabağda oyuncaq separatçı rejimin tanınmasına nail olmaq üçün “demokratiya” pərdəsi arxasında gizlənir. Onda belə bir sual yaranır: “demokratik dövlət işğalı müdafiə edərmi? Lakin regionda yaxın vaxtlarda baş vermiş hadisələr bir daha göstərdi ki, rəsmi Bakı regionda mövcud olan status-kvo ilə heç vaxt razılaşmayacaq və Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənib. Elə bir qırmızı xətt var ki, bu xətti keçəndən sonra geri qayıtmaq mümkün deyil. Beynəlxalq hüquqa əsasən rəsmi Bakı Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərini nəinki müdafiə etmək, həm də bu əraziləri azad etmək hüququna malikdir”.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info