“İlk beşliyə daxil olmaq müsbət hal kimi qiymətləndirilməlidir”
Tarix: 31.07.2018 | Saat: 14:14:00 | E-mail | Çapa göndər



“Azərbaycan MDB üzrə əməkhaqqının səviyyəsinə görə ilk beşlikdə qərarlaşıb. Azərbaycan üçün xüsusən 2015-ci ildə devalvasiyadan sonra yenidən MDB-də əməkhaqqı, həm də digər göstəricilər üzrə öz mövqeyini yaxşılaşdırması çox vacib idi”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

İqtisadçının sözlərinə görə, 2017-ci il Azərbaycan iqtisadiyyatında strateji il oldu. 2018-ci ildə Azərbaycan yenidən sürətli addımını bərpa etdi: “2018-ci ilin birinci yarım ilin nəticələri ondan xəbər verdi ki, həm ümumi daxili məhsulda (ÜDM), həm də makro iqtisadi göstəricilərdə artım tempinə nail olunub. Nəticə etibarilə bu tempin də sosial sferaya, eləcə də əməkhaqqına transformasiyası müşahidə olunur. Təbii ki, ölkəmizin əhəmiyyətli səviyyəsinə görə MDB-də ilk beşliyə daxil olması müsbət haldır.
Xüsusilə nəzərə almaq lazımdır ki, növbəti illərdə Azərbaycanın yerinin daha da yaxşılaşacağı gözünür. Çünki iqtisadiyyatın stabilləşməsi və bütün beynəlxalq maliyyə qurumları tərəfindən də 2018-ci il daxil olmaqla növbəti illərdə iqtisadi artımın proqnozlaşdırılması orta aylıq əməkhaqqı tempinə də təsir göstərəcək. Bu həm dövlət, həm də özəl sektorda özün büruzə verəcək. Təbii ki, bu da ölkəmizin növbəti illərdə yerinin daha da yaxşılaşmasına səbəb olacaq. MDB-də əməkhaqqının səviyyəsinə görə ilk beşliyə daxil olmaq müsbət hal kimi qiymətləndirilməlidir”.
Qeyd edək ki, Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayıb. Reytinqin nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqı səviyyəsi Tacikistanda 137 dollar, Qırğızıstanda 216,3 dollar olub. Bu, MDB və keçmiş sovet ölkələri arasında orta aylıq əməkhaqqı səviyyəsinə görə ən aşağı göstəricidir.
Əməkhaqqının ən yüksək olduğu ölkə Rusiyadır. Burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncüdə 421,9 dollarla Belarus, 4-cü yerdə 306,7 dollarla Azərbaycan, 5-ci yerdə 308,4 dollar əməkhaqqı ilə Moldova, 6-cı yerdə isə 272,9 dollarla Ukrayna qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib
17.03.2019
Prezident İlham Əliyevin son Sərəncamı əsl humanizm nümunəsidir
16.03.2019
Azərbaycan xalqlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına böyük töhfə verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info